Epiqastrik yırtıq

Epiqastrik yırtıq
Bürclər, Qoroskop
10.09.2017 38
Epiqastrik yırtıq göbəklə xəncərvari (ksifoid) çıxıntı arasında olan abdominal divar defektlərinə deyilir. Bu defektlər göbək yırtıqlarına bənzər olur, lakin daha kiçik ölçüdə olur (əksər hallarda <1 sm kiçik).

Etiologiya — Epiqastrik yırtıqların yaranması bir çox faktordan asılıdır, o cümlədən, linea alba (ağ xəttin) anadangəlmə zəifliyi, artmış qarındaxili təzyiq, ətraf əzələlərin zəifliyi və ya gücənmə səsəbindən xroniki qarın divarının gərginliyi səbəbindən. Ümumi əhalidə epiqastrik yırtıqlar 3-5% hallarda baş verir. Anadangəlmə epiqastrik yırtıqlar çox nadir hallarda olur. Əsasən epiqastrik yırtıqlar orta yaşlarda və daha çox kişilərdə müəyyən edilir. Epiqastrik yırtıqların əksəriyyəti çoxsaylı olur.



Klinika — Bu yırtıqlar adətən asimptomatik olur, lakin bir çox hallarda xəstələr göbəklə xəncərvari çıxıntı arasında şişkinlik palpasiya edir. Əgər xəstədə müvafiq simptomlar müşahidə edilirsə, həmin yırtıqların cərrahi yolla bərpası aparılır. Epiqastrik yırtıqlarda bağırsağın inkarserasiyası və ya boğulması ya ümumiyyətlə baş vermir, ya da ki, çox nadir hallarda baş verir.



Bərpa — Epiqastrik yırtığın cərrahi bərpası həmin-gün cərrahi prosedur kimi aparıla bilər və bu zaman lokal anesteziya tətbiq edilir. Ümumi anesteziya əsasən böyük ölçüsü olan yırtıqlarda, pediatrik xəstələrdə və ya mürəkkəb xəstələrdə istifadə edilə bilər.

Periton tərkibli epiqastrik yırtıqlarda adətən yalnız omentum və nadir hallarda nazik bağırsaq müəyyən edilir. Periton sahifəsi yırtıqda olmadıqda, laparoskopiyada bu yırtıqları vizualizasiya etmək çətin olur. Yırtıq möhtəviyyatı orta xətt üzrə aparılan kiçik şaquli və ya köndələn kəsiklə ekspozisiya olunur və ya müəyyən edilir. Linea albada olan defekt və ətraf fassiya dərialtı piy toxumasından təmizlənir. Yırtıq möhtəviyyatı ya qarın boşluğuna geri salınır, ya da rezeksiya olunur və mövcud olan defekt fasiləli tikişlə bağlanır.



Çox zaman yırtıqlar yerinə salınmaya bilər və kiçik ölçüdə olduğu üçün, preperitoneal (periton önü) piy toxumasını yerinə salmaq məqsədilə, yırtıq qapısının açılması və genişləndirilməsinə ehtiyac yaranır. Bu növ yırtıqların təkrar baş verməsi ehtimalı çox nadir bir haldır.



Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah

(+99455) 395 44 55скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!