Bel yırtığı

Bel yırtığı
Bürclər, Qoroskop
10.09.2017 69
Baxmayaraq ki, lumbar (bel) yırtıqlar anatomik cəhətdən qarından kənarda yerləşir, lakin lumbar yırtıqlar abdominal divar yırtıqlarına aid edilir. Lumbar (bel) region anatomik olaraq yuxarıdan 12-ci qabırğa, medial olaraq erektor spinae əzələsi (onurğanı düzləndirən əzələ), aşağıda qalça (ilacus) sümüyünün darağı və lateral isə xarici çəp əzələ ilə müəyyən edilir.



Etiologiya — Əksər lumbar yırtıqlar əvvəl aparılmış cərrahi əməliyyatlarla bağlı olur. Lumbar yırtıqlar əsasən uroloji cərrahi prosedurlar, o cümlədən, nefrektomiya və ya hissəvi nefrektomiyadan sonra yarana bilər. Uroloji əməliyyatlardan sonra sinirlərin denervasiyası lumbar zonanın əzəldən zəifliyini daha da pisləşdirə bilər. Çox zaman, aydın müəyyən edilən yırtıq, faktiki olaraq, əzələ aponevrozunun tamlığının pozulması səbəbindən yaranmış diastaz olur. Əlavə olaraq, travmatik zədələnmələr nəticəsində əzələ sisteminin tamlığı itirlmiş oa bilər və bu da zəifliyi artırır. Lumbar yırtıqlar həm də anadangəlmə və ya spontan ola bilər.



Lumbar yırtıqlar lumbar zonada mövcud olan və aşağıda verilmiş iki mümkün üçbucaqlı defektlərin birində baş verir:

Yuxarı üçbucaq (Qrinfeltt) xarici çəp, serratus posterior inferior və sakrospinalis əzələləri arasında yerləşir.

Aşağı üçbucaq (Petit) xaricə çəp, latissimus dorsi və aşağıda qalça sümüyünün darağı arasında yerləşir.



Klinika — Lumbar yırtığı olan xəstələr müxtəlif simptoma və şikayətlərlə müraciət edə bilər. Bəziləri bel nayihəsində küt ağrı, digərləri bağırsaq obstruksiyası, sidik obstruksiyası, çanaqda kütlə və nadir hallarda retroperiton və ya ombada abseslə müraciət etmiş olur. Ən çox hallarda lumbar yırtıq öskürək və ya gərgin hərəkətlər zamanı böyüyən və posterior lateral palpasiya olunan kütlə kimi müəyyən edilir. Kütlə asanlıqla yerinə salına bilinir və həmçinin xəstə yan tərəfində uzandıqda da keçib gedir.



Bərpa — Lumbar yırtıqların bərpası açıq və ya laparoskopik üsulla aparıla bilər. Çox zaman bərpa üçün protez meşdən istifadə edilir. Əməliyyat qarın divarının önündən və ya açıq əməliyyat üsulu ilə aparıldıqda, meş əzələ divarının altına qoyula bilər. Əgər əməliyyat laparoskopik aparılırsa, bu zaman meş defektə yaxın qoyulur. Bu növ yırtığın bərpası postoperativ dövrdə əhəmiyyətli dərəcədə ağrı hissi verir, çünki meşin qabırğa kənarına fiksə edilməsi əksər hallarda çətinləşmiş olur.



Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah

(+99455) 395 44 55скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!