Qaraciyərin böyümə səbəbləri

Qaraciyərin böyümə səbəbləri
Bürclər, Qoroskop
10.09.2017 28
Tibbi dildə qaraciyərin böyüməsi "hepatomeqaliya" adlandırılır.

Bu patoloji vəziyyət tək qaraciyər pozulmaların simptomu deyil. Bəzi digər orqan və sistemlərin pozulmaları və xəstəlikləri zamanı qaraciyərin böyüməsi müşahidə olunur.



Qaraciyərin böyüməsinin səbəbləri müxtəlif ola bilər. Bu səbəblərin arasında:

- virus infeksiyaları (A,B,C,D,E hepatitləri);

- qaraciyər hüceyrələrinin autoimmun zədələnmələri. Bu zaman qaraciyərin hüceyrələri özləri özlərini məhv etməyə başlayır.

- qaraciyərin parazitar xəstəlikləri (exinokokkoz). Qurd (exinokokk) insanın orqanizminə düşdükdən sonra qaraciyərdə "yaşamağa" başlayır. Qurd böyüydükcə qaraciyərin ölçüsü (bir payı) böyüyür, qaraciyərin damarları sıxılır və bu qaraciyərin fəaliyyətinin pozulmasına səbəb olur. Exinokokkozun müalicəsi yalnız cərrahiyə üsulu ilə həyata keçirilir.



- qaraciyərin şişləri və kistaları;

- qaraciyər damarların patologiyaları;

- spirtli içkilərin qəbulu nəticəsində inkişaf edən qaraciyər iltihabları;

- mübadilə proseslərin pozulması. Bu pozulmaların nəticəsində qaraciyərdə parçalanmamış vəziyyətdə müxtəlif maddələr (dəmir, piy, qlikoqen) yığıla bilər ki, bu da öz növbəsində qaraciyərin böyüməsinə səbəb olur.

- ürək-damar sistemi bir çox patologiyaları zamanı qaraciyərin böyüməsi müşahidə olunur.



İlk mərhələlərdə hepatomeqaliya özünü heç bir simptomla büruzə verməyə bilər. Qaraciyərin ağrı reseptorları yoxdur. Lakin qaraciyərin üzərində olan kapsul (pərdə) dartınmır və bu kapsulda çoxlu ağrı reseptorları var. Böyümüş qaraciyər kapsula təzyiq etdikdə insanda sağ qabırğa altı nahiyəsində diskomfort, ağırlıq hissi yaranır. Daha sonra isə bu nahiyədə ağrı hiss olunmağa başlayır və qaraciyər çatışmazlığı simptomları inkişaf edir. Bu simptomları arasında:



- həzm proseslərin pozulması,

- dəri örtüklərin və selikli qişaların saralması,

- qarının böyüməsi,

- dəridə səpgilər,

- tez-tez baş verən qanaxmalar (burun qanaxmaları, qadınlarda uşaqlıq qanaxmaları və s.),

- assit (qarın boşluğunda mayenin yığılması), ödemlər və s.



Qaraciyərin böyüməsi adi qarının ön divarının manual müayinəsi zamanı (əllə müayinə) və ya USM zamanı təyin oluna bilər.

Normada manual müayinəsi zamanı qaraciyər sağ qabırğa qövsdən aşağıda təyin olunmamalıdır. Əgər təyin olunursa, bu o deməkdir ki, qaraciyər böyüyüb.

Qaraciyər bütövlükdə böyüyə bilər və ya onun hər hansı payı böyüyə bilər (bu halda şişdən, kistadan və ya exinokokkozdan şübhələnmək olur).



Əgər sizdə qaraciyərin böyüməsi təyin olunubsa, ilk növbədə hepatoloqa müraciət edin. Hepatomeqaliyanın səbəbini təyin etmək üçün həkim sizi əlavə müayinə və analizlərə göndərə bilər:

- qanın ümumi və biokimyəvi analizləri;

- qaraciyər sınaqları (bilirubin, ALT, AST)

- virus hepatitlərin markerlərinə görə analiz;

- USM (qarın boşluğu);

- KT və MRT;

- lazım olduqda qaraciyərin biopsiyası təyin olunur (USM nəzarəti altında qaraciyərin mikroskopik hissəsi analiz üçün götürülür);

- həkim xəstədə ürək-damar sistemi patologiyasında şübhələndikdə, xəstəyə EKQ və exo-kardioqrafiya təyin oluna bilər.

Hepatomeqaliyanın səbəbi aşkar olunduqda, həkim bu səbəbdən asılı olaraq xəstəyə müalicə təyin edir və ya əməliyyat icra olunur.
 
Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah

(+99455) 395 44 55скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!