Bağırsaq poliplərinin təhlükəsi

Bağırsaq poliplərinin təhlükəsi
Bürclər, Qoroskop
10.09.2017 27
Poliplər xoşxassəli şişdir. Onlar bağırsaqların daxili divarından inkişaf edir. Poliplər çox yayılmış patologiyadır. Belə hesab olunur ki, 60 yaşından yuxarı olan insanların yarısında bağırsaq polipləri aşkar etmək olur.

Əksər hallarda poliplər düz və siqmoid bağırsağında inkişaf edir. Lakin poliplər bağırsağın digər hissələrində də inkişaf edə bilər.

Bağırsaq poliplərin əsas səbəbi bağırsağın selikli qişasının xroniki iltihablarıdır. Xroniki qəbizlik, düzgün olmayan qidalanma poliplərin inkişafına təkan verir. Belə hesab olunur ki, irsiyyət də poliplərin inkişafında böyük rol oyayır.

Polipələrin növləri müxtəlif olur. Onlardan bəziləri çox təhlükəli sayılır. Vaxt keçdikcə bu poliplər bir çox hallarda xəsçəng xəstəliyinə keçir. Daha böyük ölçüdə olan poliplərin (2 sm və bundan yuxarı) xərçəngə keçməsi riski daha çoxdur. Düz bağırsaq xərçıngi digər xərçəng növləri arasında bütün dünyada birinci yerlərdən birini tutur. Bu səbəbdən bağırsaq poliplərin vaxtında aşkar olunması və xaric olunması düz bağırsaq xərçənginin yayılmasını azalda bilər.



Bir çox hallarda bağırsaq polipi özünü heç bir əlamətlə büruzə vermir. Lakin bəzən poliplər zamanı bu kimi simptomlar müşahidə olunur:


- nəcisdə çoxlu miqdarda seliyin olması,

- düz bağırsaq qanaxmaları,

- qarında tutmaşəkilli ağrılar,

- qəbizlik və ya ishal.



Böyük ölçüdə olan poliplər bağırsağın mənfəzini tam bağlaya bilər ki, bunun nəticəsində bağırsaq keçilməzliyi inkişaf edə bilər.

Özündə yuxarıda qeyd olunan simptomları müşahidə edən insan mütləq həkimə müraciət etməlidir. Həkim müxtəlif müayinə üsullarının (qarmaqla müayinə, retroromanoskopiya, kolonoskopiya, rentgen müayinələri) köməyi ilə bağırsaqların selikli qişasını müayinə edir.

Aşkar olunmuş polip növündən və ölçüsündən asılı olaraq xaric oluna bilər və ya həkim ona nəzarət edəcək.



Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah

(+99455) 395 44 55скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!