Liposaksiya necə aparılır?

Liposaksiya necə aparılır?
Bürclər, Qoroskop
10.09.2017 15
Liposaksiya - qeyri-mütənasib piylənmənin vakuum vasitəsilə, artıq piy toxumasının götürülməsi yolu ilə korreksiya üsuludur.
Əməliyyatın mahiyyəti. Xırda kəsiklərdən 0.5sm-dək dərialtı piy toxumasına uc hissəsində bir və ya bir neçə dəlik olan konyula yeridilir. Konyulanın diametri xaric olunacaq piy toxumasının həcmi və lokalizasiyasından asılıdır.Konyulanın digər ucu vakuum aparatına birləşmiş olur. Vakuum aparatı mənfi təzyiq yaradaraq piyin çəkilməsini təmin edir. Konyulanın yelpikvari hərəkətlərlə irəliyə yeridilməsi piy toxumasının dağıdılması və vakuum aspirasiyanı təmin edir. Əməliyyata sərf olunan vaxt əməliyyat həcmindən asılı olaraq müxtəlif ola bilər. Əməliyyatdan dərhal sonra xəstə palataya yerləşdirilir. Liposaksiya məhdud sahələrdə (adətən 4 anotomik sahələrdən çox olmamaq şərti ilə) aparılmışdırsa, 2-3 saat klinikada qalmaq kifayət edir. Əməliyyatın həcmi nisbətən böyük olduqda isə xəstə ertəsi günün səhərinə qədər klinikada tibbi personalın nəzarəti altında qalmalıdır. Xəstənin vəziyyəti liposaksiyanın həcmindən asılıdır: əməliyyatın həcmi nə qədər kiçik olsa əməliyyat bir o qədər yüngül keçirilir. Adətən əməliyyatın ertəsi günü öz adi həyat tərzinə qayıda bilər.

Tikişlər əməliyyatdan sonra 5-7-ci sutkada sökülür, bu müddət ərzində sarğının 1-2 dəfə dəyişdirilməsi kifayət edir. Əməliyyatın uğurunun vacib şərti xəstənin həkimin məsləhətlərinə əməl etməsi, 1-2 ay ərzində xüsusi kompresion geyimdən istifadə olunmasıdır. Bu əməliyyatın mahiyyəti nəzərdə tutulmuş müəyyən sahələrdə piy toxumasının çox hissəsinin götürülməsidir ki, bu zaman piy hüceyrələrinin zədələnməsi və sonra sovrulması baş verir. Əməliyyatdan sonrakı dövrdə liposaksiya olunmuş sahələrdə şişkinlik müşahidə olunduğundan əməliyyatın ilkin nəticəsini 4 həftədən, son nəticəsini isə 3-6 aydan sonra qiymətləndirmək mümkün olur. Təkrar liposaksiya əməliyyatı 3-6 aydan tez oluna bilməz.

Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!