Bürclər qəzəblənəndə necə reaksiya verirlər?

Bürclər qəzəblənəndə necə reaksiya verirlər?
Bürclər, Qoroskop
10.09.2017 22
Hər birimiz vaxtaşırı nələrəsə hisrlənirik. Səbəbindən asılı olmayaraq, hadisələrə hər kəs müxtəlif cür reaksiya verir.Bu yazıda hansı vaxtlarda hansı bürcün nümayəndəsindən uzaq durmaq lazım olduğu barədə məlumat əldə edəcəksiniz.

Qoç
Bu adamlar qəzəblənəndə çox təhlükəlidir. Onlar hirslənəndə gah bərkdən qışqırırlar, gah ayaqlarını yerə döyürlər, gah da yumruq davasına çıxırlar. Bu mənzərə hadisələrin gedişatından xəbəri və məsələyə aidiyyəti olmayan insanlara kənardan əyləncəli görünsə də, onlara yaxın olanlar üçün heç də belə deyil. Yeri gəlmişkən onu da qeyd edək ki, Qoçlar tez coşsalar da, tez də soyuyurlar.

Buğa
Buğalar çılğın deyil, lakin onlar nəyəsə hirslənibsə uzun müddət deyinirlər. Belə vaxtlarda onların qarşısına kim çıxsa, hətta günahkar olmasa belə hirsini onun üstünə tökür. Onların qarşısını almaq, demək olar ki, mümkün deyil. Sadəcə seyr edin və deyinib-deyinib sonda yorulub sakitləşməsini gözləyin.

Əkizlər
Bu zodiak işarəsi hirsli vaxtı qarşı tərəfə yalnız çox acı söz söyləməklə kifayətlənir. Yumruq-təpik davasına çıxmaq, əlini stola çırpmaq onların üslubu deyil. Sadəcə bir-iki dəfə qışqıracaq və dərhal susacaq. Lakin qeyd etmək lazımdır ki, Əkizlər çox kinlidir.

Xərçəng
Xərçənglər adətən özlərinə hirslənir. Əgər onun qəzəblənməsinin səbəbkarı hər hansı insan deyilsə, onda Xərçəngləri qəzəbləndiyini büruzə vermir. O, qızaracaq və dolacaq, sonra isə normal vəziyyətə qayıdacaq. Amma onu insan qəzəbləndiribsə, onda Xərçəng sadəcə intiqam alacaq. Özü də bunu heç bir söyüşsüz və davasız edəcək.

Şir
Bəzən Şirlər elə-belə hirslənirlər. Onlar qışqıraraq hamıya kral olduğunu xatırlatmaq istəyirlər. Onların işləri planlaşdırdığı kimi getməyəndə dərhal qəzəblənir, belə hallar isə tez-tez baş verir. Şirləri sakitləşdirməyin ən yaxşı üsulu üzr istəmək və səhv olduğunu etiraf etməkdir.

Qız
Qız hirslənəndə içində deyinir. Əgər siz onu çox acıqlandırmısınızsa, onda həyatla vidalaşmağa hazır olun, sizin meyidiniz yaşadığınız evin girəcəyində tapıla bilər. Odur ki, bu bürcün nümayəndələrini cinləndirməyə çalışmayın. Qəzəbli vaxtlarda onlar özlərindən başqa ətrafındakı hər şeyi və hamını söyə-söyə gəzir. Onları sakitləşdirmək mümkün deyil, sadəcə uzaq durmağa çalışın.

Tərəzi
Tərəzilər mahir diplomatdır, onlar qəzəb hissini heç vaxt açıq-aydın göstərmirlər. Onlar bunu müstəsna hallarda yalnız doğmaları və yaxınları ilə bölüşə bilərlər. Bu insanlar, şübhəsiz ki, özlərini istənilən vəziyyətdə idarə etməyi yaxşı bacarırlar.

Əqrəb
Əqrəblər qəzəbli vaxtlarda sakit görünə bilərlər, əslində isə daxilində dəhşətli fırtınalar əsir. Onlar günahkardan qisas almayana qədər sakitləşə bilmirlər. Çox güman ki, günahkarı dəhşətli gələcək və qisas gözləyir. Allah sizi onu qəzəbindən qorusun... Bu lənəti öz üzərinizdən götürmək üçün sadəcə olaraq ondan səmimi qəlbdən üzr istəmək lazımdır.

Oxatan
Oxatan hirslənəndə haqqınızda nə düşündüyünü üzünüzə çırpır. Qəzəbli vaxtlarda dava etmək əvəzinə, fikirlərini açıq şəkildə deməyə üstünlük verir. Onu da qeyd edək ki, Oxatanlar emosiyalarına o qədər də nəzarət edə bilmirlər.

Oğlaq
Bu insanlar hirslənəndə isterikaya qapılır. Bu, kifayət qədər maraqlıdır, lakin onlara cavab qaytarmağa çalışmayın, əks halda, üzünüzə sillə dəyə bilər. Bəzi Oğlaq bürcləri isə qəzəbini çirkin şəkildə göstərmək əvəzinə, məsələni sakitcə aydınlaşdırmağı üstün tuturlar.

Dolça
Dolçalari çox tez-tez, lakin ağıllı hirslənir və lazım gələrsə axıra qədər özlərini müdafiə edir. Belə hallarda onlar tək qalmaq istəyir. Qəzəb onları özü-özünü təhlil etməyə və bəzi məsələlər haqqında dərin düşüncələrə dalmağa vadar edir. Lakin fikirlərini asanlıqla dəyişməz, sonuna qədər inadlaşırlar. Əgər çox qəzəblənibsə hətta qarşısındakını təhdid də edə bilər.

Balıqlar
Balıqlar hirslənəndə emosiyalar qasırğası baş verir. Onlar yavaş-yavaş qızışır, sonra coşurlar, sonda isə əsl partlayış baş verir. Lakin qeyd etmək lazımdır ki, Balıqlar qəzəblərini müxtəlif şəkildə ifadə edirlər. Məsələn, bəzi Balıqlar fərqində olmadan daim nəsə yeyərək sıxıntılarını atmağa çalışırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!