Dırnaq batması

Dırnaq batması
Bürclər, Qoroskop
10.09.2017 21
Dırnaq batması -günlük həyatda tez-tez rastlaşdığımız problemlərdən biri də dırnaq batması deyə tanınan unguis incarnatus narahatlığıdır. Hər yaşda rastlana bilər. Uzun müddətli sıx ayaqqabı geymək, gigiyena qaydalarına əməl etməmək, dırnağın düzgün kəsilməməsi, xüsusilə ayaq baş barmağı dırnağının kəsilərkən dırnaq yatağının da zədələnməsi kimi səbəblərdən inkişaf edə bilər. Dırnaq batması tək tərəfli və iki tərəfli ola. Batan dırnaq yatağı ətrafında yumşaq toxuma infeksiyası inkişaf edir. Yumşaq toxuma içərisinə batan dırnaq tikanı iltihabın mənbəyidir.

Antibiotik ilə müalicə ancaq qısa müddətli həll yolu ola bilər. Batan dırnaq altına pambıq yerləşdirmək vasitəsilə dırnaq tikanın batmasının qarşısı alına bilərsə konservativ müalicə mümkün ola bilər. Ancaq çox hallarda cərrahi müdaxilə tələb edir. Cərrahi müdaxilə lokal anesteziya altında tətbiq olunur. Dırnağın kökündən çəkilməsi uyğun deyil. Sadəcə, batma olan dırnaq tərəfi dırnağın kökü ilə birlikdə kiçik əməliyyat edilir. Dırnaq sərhəddi batan tərəfdə düz bir xətt halını alır. Dırnağın eninə 3-5mm qıssalması estetik görünüşü pozmur. Cərrahi müdaxilə sonrasında hər hansı bir tikiş atılmaz. Xüsusi bint ilə yara örtülür. Xəstə ayağı yüksəkdə olacaq şəkildə yarım saat qədər yatırıldıqdan sonra buraxılır. Xəstə sarğının açılması üçün 3-4 gün sonra gəlir. Yaxşılaşma prosesi 10-14 gün çəkir.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!