Qastroplastika

Qastroplastika
Bürclər, Qoroskop
10.09.2017 4
Mədə kiçiltmə (Qastroplastika) əməliyyatı bariatik cərrahiyyəsində xüsusilə son illərdə artan üsullardan biridir. İllərdir daha mürəkkəb bir əməliyyatın ilk mərhələsi olaraq istifadə edilən bu üsul son illərdə tək başına da təsirli bir bariatik əməliyyatı olaraq qəbul edilmiş və istifadə edilməyə başlanmışdır. Bu əməliyyatda mədə həcmini daraltmaq üçün mədənin təxminən üçdə ikisi şaquli olaraq kəsilib çıxarılır. Buraxılan mədənin həcmi 100 ml qədər olub, kobudca balon şəklindədir.
Qastroplastika əməliyyatı laparoskopik, yəni bağlı üsulla edilə bilər. Yəni qarın açılmaz, yalnız 4 ədəd, ən böyüyü 12 mm, ən kiçiyi 5 mm olan kəsikdən girilən alətlərlə həyata keçirilir. Bu sayədə əməliyyat sonrası yığışma çox daha sürətli, ağrı və yara yeri problemləri isə çox daha az olmaqdadır. Əməliyyat haqqında bilinməsi lazım olan ən əhəmiyyətli mövzu isə geri dönüşsüz olduğudur. Yəni kəsilən mədə hissəsi çıxarılır və bu əməliyyat geri dönüşsüzdür.

Qastroplastika əməliyyatı aşağıdakı xəstələr üçün uyğundur:
-Bədən kütlə indeksi 40-dan çox olan xəstələr,
-Bədən kütlə indeksi 35dən çox olub, yanaşı xəstəliyi olanlar.
-1 illik pəhriz, dərman müalicəsi və nizamlı fiziki fəaliyyətə baxmayaraq kilo verə bilməyənlər.
Qastroplastika əməliyyatı aşağıdakı xəstələr üçün uyğun deyil:
-Bədən kütlə indeksi 35-altında olan xəstələr,
-Ümumi anesteziya götürə bilməyəcək olan xəstələr,
-Ciddi psixiatrik xəstəlikləri olanlar,
-Dərman və spirt asılılığı olan xəstələr,
-Böyük hiatal yırtıqlar

Çəki itkisi təmin etməkdə ən əhəmiyyətli təsiri mədə həcmini məhdudlaşdırıcı təsirdir. Bu əməliyyatda mədənin təxminən üçdə ikisi çıxarıldığı üçün bir payda alına biləcək qida miqdarı ciddi nisbətdə azalır.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!