Kim xəyanətkardır? Kim sadiqdir? bürclərə görə münasibətlər

Kim xəyanətkardır? Kim sadiqdir? bürclərə görə münasibətlər
Bürclər, Qoroskop
10.09.2017 34
Kişi və sədaqət sözü – bəlkə də bir-birinə qətiyyən "sinonim” olmayacaq qədər uzaq anlayışlardır.

Güclü cinsin xəyanəti o qədər alışılmış bir həyat hadisəsidir ki, hətta bunsuz onları təsəvvür etmək belə çətindir. Ən sadiq kişinin də həyatından xəyanət xətti keçib. "Heç xəyanət etmisinizmi?” sualı, yəqin ki, ən qaraqabaq kişinin də gülüşünə səbəb ola bilər. Dünya şərq ölkələrinin poliqamiyaya meyilli olduğunu daim iddia etsə də, "sarı qitə”nin də kişiləri xəyanət məsələsində olsa-olsa azacıq geridə qala bilərlər. Amma maraqlıdır, görəsən, hansı bürcün kişiləri daha çox xəyanətə meyillidirlər? Yəni ola bilməz ki, bu kişilərin hamısı bir qısa ətəyin badına getsin?! Elə isə bürclərin sandığını açaq:

Ən xəyanətkar bürc oxatanlardır. Bu bürc xəyanət etməsi bir yana, həm də xəyanətə uğrayan qadından onu olduğu kimi qəbul etməyi tələb edir. Əməllərini qətiyyən gizlətmir, hətta bu əməlləri kişinin yaraşığı hesab edir. Üstəlik düşünür ki, Tanrı bütün gözəlləri onun üçün yaradıb və hamısının da "dad”ına baxmaq lazımdır.

İkincilik dolçalarındır. Bu bürc həm də özündənrazıdır. "Belə də olmalıdır” düşüncəsi dolçalar üçün də yad deyil. Xəyanət etmək üçün birlikdə olduqları qadının üzündə çıxan kiçik civzə bəhanəsi kifayət edər. Qüsursuz qadın axtarışı yolunda həyatlarını qurban verərlər.

Oğlaq kişilər də xəyanətə gündəlik tələbat kimi baxırlar. Dərin dekolte, qısa ətək, qırmızı dodaq onları ən mötəbər vəzifə kürsüsündən belə imtina etdirə bilər. Qadın gözəlliyi bu bürcdən olan kişiləri kölgə kimi sürünməyə vadar edir.

Tərəzilər balansı cismani sevgidə nisbətən qoruyan olurlar. Gözəlliyə yad deyillər, amma hər gözəlin də yatağına atılmazlar. Ölçüb-biçmək bu bürcün anadangəlmə cəhətidir. Xəyanət hədəfi olan qadını tanımadan onu yaxına buraxmaz. Ehtiyatı əldən verməyən igidlərdir.

Əqrəblər diqqət mərkəzində olmağı sevirlər, ehtiraslı kişilərdir. Onları bir qadın qane etmir. Amma əqrəblərdən çox da narahat olmağa dəyməz. Hər halda "aranı-turanı gəzib” yenə də evə qayıdacaqlar.

Tərəzi kişilər seksual intriqaları sevirlər. Amma ailəni riskə atmazlar. Onlar bir ömür boyu məhəbət üçbucağını – həyat yoldaşından əlavə məşuqəni də rahat yola verə bilərlər, heç şeytanın da bu ilişkidən xəbəri olmaz.

Balıq kişilər təbiətcə "sürüşkən”dirlər. Neynəsinlər, belə yaranıblar. Amma onlara uyğun "akvarium” tapıldımı, elə onunla da kifayətlənə bilərlər. Odur ki, "balığ”ı olan qadınlar torlarını hazır etsinlər ki, yad su hövzələrinə üzüb keçmənin qarşısını ala bilsinlər.

Qoçlar çılğın və ehtiraslı olsalar da məhəbbətlərini hər qadına yönəltməzlər. Təbii ki, həyatlarının sevgisini tapana qədər çox var-gəl edəcəklər. Amma o "bir dənə” tapıldımı, onun sevgisi, maddi rahatlığı üçün o qədər dəridən-qabıqdan çıxacaqlar ki, xəyanət yada düşməyəcək.

Buğalar gözəlliyi qiymətləndirən olurlar. Sözün maddi mənasında! Qazancının müəyyən hissəsini hansısa gözələ müvəqqəti xərcləyə bilər. Amma bu, daimi olmaz. Ailə mühiti onlar üçün çox önəmlidir.

Əkizlər çox ünsiyyətcildirlər. Xüsusən də əks cinslə. Xeyli qadın rəfiqələri ola bilər. Amma ikili təbiətləri "eşq-məşq” məsələsində tərəddüd etiyindən, hələm-hələm rəfiqələri sevgiliyə çevirməyə cəsarətləri çatmır. Amma çatdığı məqamlar da az olmur.

Xərçəng kişilər cismani məhəbbətdən çox, mənəvi duyğulara önəm verirlər. Ümumilikdə xəyanətkar deyillər. Onların həyat yoldaşları rahat nəfəs ala bilərlər. Amma çox da rahatlanmasınlar. Xərçəng kişi kənarda aşiq olduğu qadından ötrü övladlarından da vaz keçə bilər.

Şirlər təbiətcə özlərinə vurğun və tirandırlar. Onlar yaxşı bilirlər ki, hər "ceyran”, "dovşan” belə tiranlığa dözə bilməz. Odur ki, gözəl heyvancığazları müvəqqəti dişlərinə çəkərlər. "Dişi aslan” peyda olanda bir ömür xoşbəxt sevgini üstün tutarlar.

Belə pis çıxmasın: Qız kişilər! Həə, deyəsən qız təbiətinin romantikliyi bu bürcə siraət edib. Kişilər arasında ən romantikləri bu bürcün daşıyıcılarıdır. "Qız” təbiəti istənilən halda öz sözünü deyir: hər əks cinsə aldanmaz, qəlbində yer etməzlər. Seksual təmkinlilik onların əsas cəhətlərindəndir. Gözəl qadınlara baxmağı sevirlər, amma "tək və yeganə məhəbbət”i tapdılarmı, heç bir gözəl bu bürcdən olan kişiləri yoldan çıxara bilməz.

Amma bir həqiqəti də unutmaq olmaz: ən xəyanətkar, lovelas kişi də həqiqi məhəbbətin köləsidir!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!