Bürclərin dəyişməz xüsusiyyətləri

Bürclərin dəyişməz xüsusiyyətləri
Bürclər, Qoroskop
10.09.2017 22
SU QRUPU - Ortaq xüsusiyyətləri içində ən əhəmiyyətlisi romantiklikdir. Həssas, tez dəyişən insanlardır.

Xərçəng-Əqrəb-Balıq
Bir də təbii ehtiyacları ağırlıq təşkil edər. Yəni yeməyə. içməyə, rahatlamağa çox düşkündürlər. Susmağı da çox bacara bilməzlər. Duyğularını idarə edə bilməmə və haqsızlığa uğradıqlarını düşünmələri üzündən hirsli və incidici olarlar. Küsmə, qaşqabağını tökmə və qısqanclıqları vardır.

Mərhəmətli və köməksevər olarlar. Başqalarının ehtiyaclarını hiss edər və kömək edərlər. Hiss istiqamətləri çox qüvvətlidir. Mistik, fəlsəfi, dini mövzulara uyğundurlar. Ağıl və məntiqdən çox xəyal dünyalarının hiss etdikləri istiqamətində yaşayarlar.

HAVA QRUPU - Bürclərinin ortaq xüsusiyyəti hava olmalarıdır. Bir mövzuya tez adaptasiya olar, amma tez bezər və buraxarlar.

Əkizlər-Tərəzi-Dolça
Səbir göstərə bilməzlər, sahiblənməyə niyyətli deyilsələr anlamağa belə zəhmət çəkməzlər. Sabit deyillər, çox sıx qərar dəyişdirərlər. Bu xüsusiyyətləri üzündən yalançı olduqlarını düşünənlər ola bilər. Hər şeyə, hər mövzuya açıqdırlar, amma tez bezərlər. Buna görə hədəfə çatmaları çətin olar.

Çox istiqamətlidirlər, parlaq və praktik bir zəkaya sahibdirlər. Çox hərəkətlidirlər. Nə vaxt, harada, nə edəcəklərini izləmək çox çətindir. Əsla buraxdığınız yerdə dayanmazlar. Orijinallıq və yaradıcılıqda çox müvəffəqiyyətlidirlər. Xaricə dönükdürlər. Eqoist olmayıb ətraflarını düşünən və onlara faydalı ola bilən kəslərdir.

TORPAQ QRUPU - Son dərəcə sabit fikirli olub yeniliklərə bağlıdırlar. Risklər və ani dəyişikliklərdən xoşlanmazlar.

Buğa-Qız-Oğlaq
Pullarının hesabını yaxşı bilərlər. Hərəkətləri, düşünmələri, qərar vermələri, danışmaları ağırdır. Yaxşıca əmin olmadan hərəkətə keçməzlər. Məntiqli, intizamlı və nizamlı davranarlar. Son dərəcə təvazökardırlar. Praktik və etibarlı hərəkət edərlər.

Yalandan və ikiüzlülükdən xoşlanmazlar. Arzu və istəkləri ümumiyyətlə maddi plandadır. Çox danışmazlar, diqqətsizlik istəməzlər. Yeni bir şeyə adaptasiya olmada çətinlik çəkərlər, amma bir dəfə o fikir ağıllarına batıbsa artıq ondan asan-asan geri dönməzlər.

OD QRUPU- Ən əhəmiyyətli xüsusiyyəti mənlik duyğusunun çox qüvvətli olmasıdır. Özləri daim birinci plandadır.

Qoç-Şir-Oxatan
Canlarının istədiyinə sahib olmaq, ağıllarına gələn hər şeyi dərhal etmək istəyərlər. Gözləməyə dözümləri yoxdur. Özlərini çox bəyənərlər, özünə inamları çoxdur və daim ətraflarına hökm etmək istəyərlər. Dünyanın öz oxları ətrafında döndüyünə inanarlar. Başqalarının onlara qibtə etdiyini düşünürlər. Daim zirvəyə talibdirlər, ikinci adam olmaq istəməzlər. Yaradıcı, comərd, isti və cazibədardırlar.

Həyat enerjiləri çoxdur. Davamlı aktiv olmaq, həyatı dolu-dolu yaşamaq, sevgini hiss etmək istəyərlər. Tək qalsalar və tərk edilsələr dünya başlarına yıxılar, özlərini çox bədbəxt hiss edərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!