Bürcünüzün ətri

Bürcünüzün ətri
Bürclər, Qoroskop
10.09.2017 21
Qoç bürcünə tövsiyə edilən ətir
Qoç bürcünün ən çox nəzərə çarpan xüsusiyyəti romantik olmalıdır. Limon, vanil və orxideya kimi qoxulara üstünlük vermələri də məhz bu xüsusiyyətindən irəli gəlir. Bu qoxular qoç bürclərinin üzərində güclü təsirə malikdir.

Buğa bürcünə tövsiyə edilən ətir
Buğa bürcündən olanlar istiqanlıdır. Onların bu xüsusiyyəti ətir seçimində də özünü göstərir. Onlara berqamot, jasmin, lavanda qoxulu ətirlər, eyni zamanda, şam ağac kimi qoxular tövsiyə edilir.

Əkizlər bürcünə tövsiyə edilən ətir
Əkizlər çox çəkici bürc olduğu üçün özünü digər insanlara sevdirməyi bacarırlar. Bu xüsusiyyətləri çox istiqanlı olmalarından irəli gəlir. Əkizlər bürcünün ən populyar ətirləri bənövşə və qarağat qoxularıdır.

Xərçəng bürcünə tövsiyə edilən ətir

Xərçənglər emosional olur. Bu səbəblə xərçəng bürcünə tövsiyə edilən ətir variantları arasında jasmin, zanbaq və müşk qoxuları uyğun görülür.

Şir bürcünə tövsiyə edilən ətir
Şir bürcünün liderlik xüsusiyyətinə nərgiz, hindqozu və sitrus qoxulu ətirlər uyğundur.

Qız bürcünə tövsiyə edilən ətir

Qız bürcü dəqiqliyi ilə tanınır. Bu səbəblə paltarların üzərinə daha yaxşı hopan, daha qalıcı ətirlərə üstünlük verirlər. Onlara limon, sidr, qardeniya və istiot qoxulu ətirlər tövsiyə edilir.

Tərəzi bürcünə tövsiyə edilən ətir
Tərəzi xəyalpərəstdir. Bu səbəblə tərəzi bürcləri üçün darçın, mixək, sünbül və melisa qoxulu ətirlər daha uyğundur.

Əqrəb bürcünə tövsiyə edilən ətir
Əqrəb bürcünün əsas xüsusiyyətlərindən biri hisslərinin çox güclü olmasıdır. Bu səbəblə əqrəb bürclərinə vanil, portağal çiçəyi, palıd, meşə yosunu tərzində qoxular uyğun gəlir.

Oxatan bürcünə tövsiyə edilən ətir
Yay bürcü müstəqilliyə, sərbəstliyə çox düşkün bürcdür. Oxatan bürclərinə zəncəfil, zanbaq, nanə kimi qoxular tövsiyə edilir.

Oğlaq bürcünə tövsiyə edilən ətir

Məsuliyyət duyğusu ən çox Oğlaq bürcündə inkişaf edib. Həmin bürcdən olanlara karamel, orxideya, yaşıl çay və müşk qoxulu ətirlər tövsiyə edilir.

Dolça bürcünə tövsiyə edilən ətir
Humanist Dolçalar problemlərini müstəqil şəkildə həll etməyi və müstəqil qərarlar verməyi xoşlayırlar. Dolça bürclərinə lavanda, zanbaq, vanil və sidr qoxulu ətirlər tövsiyə edilir.

Balıqlar bürcünə tövsiyə edilən ətir
Balıqlar bürcü duyğusallığın tanrısı kimi tanınır. Bu səbəbdən balıq bürclərinə romantik hisslər aşılayan çiyələk, darçın və nərgiz qoxulu ətirlər daha uyğun olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!