Bürclərin ayrılma səbəbləri

Bürclərin ayrılma səbəbləri
Bürclər, Qoroskop
10.09.2017 15
Qoç
Hər dediyini etməniz sizə sahib olduğunu, ovucunda olduğunuzu düşündürməniz, başqalarıyla maraqlandığınızı fərq etdirməniz, qısqanclığınız, sahiblənməniz, bezməsi üçün kifayətdir.

Buğa
Çətin ayrılar. Seksual istəksizliyiniz, mali etibarsızlıqlarınız, maddi qərarlarınızın tez-tez səhv çıxması, təcrübə təmin etməməniz, çox xərcləməniz gələcəyə dönük düşünə bilməməniz və davrana bilməməniz, doğru və dürüst olmayan tutumlarınız ayrılmaq istəməsi üçün kafi.

Əkizlər
Qorumacı, sahiblənici və qısqanc olmanız kafi. Bir dəqiqədə unudar!

Xərçəng
Qaçsanız qovar, qovsanız qaçar.Xəyal qırıqlığına uğratmanız, incitməniz, düşündüyü kimi biri olmadığınızı bildirməniz, tənqidi, şəfqətsiz, tündxasiyyət rəftarlarınız onun hirsliliklərini qızışdırar və özünü anında soyumuş hiss edər.

Şir
Qürurunu zədələməniz, səhvlərindən bəhs etməniz, tənqidçi, onu dəstəkləməməniz, təqdir etməməniz çəkib getməsinə səbəb olar və bir daha da asan - asan geri dönməz.

Qız
Diqqətli, ağıllı və mehriban olmamanız kafi. İntellektual təcrübəniz və mədəni kafiliyiniz də yoxsa çox tez itirərsiniz. Geri dönməz, ancaq ürəyinizi də qırmaz.

Tərəzi
Müasir, məşhur, baxımlı və hörmətli olmamanız kifayətdir. Nəzakətini pozmamaq üçün danışmadan tərk edəcək.

Əqrəb
İdarəni ya ona buraxmalısınız, ya da əlinizdən bir saniyə belə buraxmamalısınız. İdarəni itirmə duyğusunu yaşaması ayrılmaq və sizi ağrılar içində buraxmaq üçün kifayətdir.

Oxatan
Gəzməkdən xoşlanmamanız, başqa mədəniyyətlərə maraq duymamanız və ağıllı biri olmadığınızı fərq etdirməniz kifayətdir. Buna eqo qırğınını da əlavə etsəniz, hər zamanki sürətiylə Oxatan uzaqlaşacaq.

Oğlaq
Ən çətin ayrılan bürcdür. Əgər sizi kifayət qədər mənimsəmişsə! Ailəsi haqqında mənfi danışmalarınız, maddi təhlükəsizliyini çətinə salmanız, işində dəstəkləməməniz, mali mövzularda nizamsız və düşüncəsiz davranmanız kifayətdir. Əlbəttə hamısı bir yerdə olmaq şərtiylə!

Dolça
Onu istəmədiyinizi bildirməniz, bunu söyləməniz və ya hiss etdirməniz kafi. Bunlar yoxsa məhdudlaşdırmanız, hesab soruşmanız, müdaxilə etməniz, dostluqlarına qarışmanız ağır sözlərlə tərk edilmənizə rahatlıqla səbəb olar.

Balıq
Aldatmaq üçün səbəbə ehtiyacı yoxdur. Çünki səbəbləri hər an dəyişə bilər. Ayrılmaq üçün də! Romantik dünyasını azca sarsıdacaq hər hansı bir konkret hadisə kifayətdir. Gerçək səbəb öz mənfəətinə daha uyğun bir vəziyyət tutmuş olmasıdır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!