Blefaroplastika-göz qapağının əməliyyatı

Blefaroplastika-göz qapağının əməliyyatı
Bürclər, Qoroskop
10.09.2017 21
Yaşa dolduqca, nazik dəri daha az elastik olduğundan, çox insanlarda göz qapaqlarının sallanması baş verir; gözlərin altında insana yaşlı və yorğun görünüş verən yastıqlar əmələ gəlir. Bununla belə, həm gözlərin altında yastıqların əmələ gəlməsi, həm də üst göz qapaqlarının sallanması hər yaşda ortaya çıxa bilər. Göz qapaqları üzərində cərrahi müdaxilə blefaroplastika adlanır.
Bu əməliyyat zamanı, adətən, yuxarı və aşağı göz qapaqlarından yağ toxuması və artıq dəri kənar edilir və ya ətraflara paylaşdırılır, həmçinin gözətrafı əzələlər gücləndirilir. Göz altındakı yastıqları aradan qaldırmaq üçün, çox vaxt transkonyunktival blefaroplastikadan istifadə edilir. Bu halda artıq yağ toxuması aşağı göz qapaqlarının daxili səthində edilmiş kəsikdən xaric olunur ki, sonra nəzərə çarpan iz qalmır.

Blefaroplastika-göz qapağının əməliyyatı


Blefaroplastika əməliyyatının nəticəsi təqribən on il ərzində, bəzən isə həmişəlik saxlanılır. Cavanlaşdırıcı təsir o qədər böyük ola bilər ki, siz üz toxumalarının dartılması üzrə cərrahiyyə əməliyyatını bir neçə il müddətinə təxirə sala bilərsiniz. Blefaroplastika əməliyyatı həm yuxarı, həm də aşağı göz qapaqları üzərində bir saatdan iki saatadək davam edir. Çox vaxt cərrahiyyə əməiyyatı günü xəstəyə evə getmək üçün icazə verilir.

Dr. Bəxtiyar Qəhrəmanov
Bariatik, Estetik Cərrah
(+99455) 395 44 55скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!