Şirkətlər niyə gənc və cazibədar qızları işə götürür?

Şirkətlər niyə gənc və cazibədar qızları işə götürür?
İş Qadını - Hüquqlar
10.09.2017 40
Şirkətlər niyə gənc və cazibədar qızları işə götürür?
"Mağazaya satıcı qız tələb olunur", "Kafeyə ofsiant qız tələb olunur" kimi elanlara biz tez-tez rast gəlirik. Hərdən bu cür elanlar insanlarda qıcıq da yaradır. Bizim narahatlığımıza səbəb olan təbii ki, niyə məhz qız sualıdır. Bu gün də işədüzəltmə firmaları daha çox gənc və cazibədar qızların ərizələrini qəbul etməyə üstünlük verir. İşçi axtaranlar da firmalara müraciətində "bizim gözəl və cavan xanıma ehtiyacımız var" deyə bildirirlər. Bu zaman işədüzəltmə firması da dərhal "karın könlündəkini" başa düşür. Firmaya pul lazımdır.
Sosioloji araşdırmalar göstərir ki, qadınlarda xidmət mədəniyyəti daha yüksək olur və insanlar qadınlarla ünsiyyət qurmağa meyilli olurlar. Qadınlar müştərilərin nazı ilə oynamaq, onların əsəblərini sakitləşdimək baxımından məharət sahibidirlər. Müştərilər də qadın xidmətçilərin ərköyünlüklərinə, səhvlərinə göz yumurlar. Kişi xidmətçiləri isə müştəriləri yola verməyə, daha çox qazanıb az işləmək fəlsəfəsinə üstünlük verir.
Məsələn, müşahidələr göstərir ki, müştərilər satıcı işləyən kişilərin olduqları mağazalara daha az üz tutur. Çünki kişi satıcılar salofanı barmaqlarını tüpürcəkləməklə açır. Pulları sayanda da baş barmaqlarını dilləri ilə isladırlar. Təsəvvür edin, satıcı əvvəlcə barmağını tüpürcəyilə isladır, sonra salofanı açıb çörəyi onun içinə qoyur. Bunu görən müştəri ya «bağışlayın, evdə çörək var imiş, lazım deyil» deyir, ya çıxılmaz vəziyyətdə qalıb tüpürcəkli çörəyi alır, ya da nəyin baş verməsinin fərqinə varmır, amma xanımlar çox az halda salofanı barmaqlarını tüpürcəkləməklə açır. Açsalar belə, bu, xüsusilə də kişi alıcılar üçün heç bir problem yaratmaz.
Başqa bir tərəfdən xanım işçilər rəhbərliyə qarşı daha etibarlı və inamlı olur. Onlar kişilərə nisbətdə daha nizam-intizamlı, hesab işlərində dəqiq olur.
Xidmət sahəsində gender məsələsinin qadınların xeyrinə dəyişməsi prosesi artıq bütün dünya ölkələrində müşahidə olunmaqdadır. Bu həm də onlarda idarəçilik bacarığının formalaşmasına gətirib çıxarır.
Ən başlıcası qadınların işlədikləri müəssisələrdə, firmalarda mədəni mühit olur. Əsil kişilər qadınlar olan yerdə söyüş söyə, rüşvət ala, digər qanunsuz, qeyri-etik hərəkətlərə yol vermir. Bu mənada kişilər nə qədər güclü olsalar da ən çox çəkindikləri məxluq da elə qadınlardır.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!