İş yerində nə geyilməz?

İş yerində nə geyilməz?
İş Qadını - Hüquqlar
10.09.2017 29
 1- Qonaqliq paltarları: Gecə çölə çıxmaq üçün proqram etmiş olsaniz da parıltıli, dekolte paltarlarda gündüz işə gedilməməlidir.

İş yerində nə geyilməz?

 

2- Məşq paltarları: Eşofmanlar, sweat-shirtlər və idman ayaqqabılarınızın da geyiləcəyi uyğun mühitlər vardır amma bu sektorlarda işləmədiyiniz müddətcə professional geyimdə bu paltarlardan uzaq dayanılmalıdır.

 

3- Beli açıq koftalar: Oryantal deyilsinizsə işyerində belinizi və göbəyinizi sərgiləməniz lazım deyil elə deyilmi? Diqqəti çəkmək istədiyiniz nöqtə dekolte olmadığı kimi göbəyiniz də deyil. Yüzünüzə diqqət çəkməyə nə deyərsiniz?


İş yerində nə geyilməz?

 

4- Dekoltelər: İş həyatında ciddiyə alınmaq istəyirsinizsə; sinə dekoltenizi sərgiləməkdən qaçının. Bir kişiyə ciddi bir mövzunu izah edərkən gözlərinin haralarda gəzişdiyindən narahat olduğunuz bir an oldumu? O zaman sinə dekoltenizi idarə altında tutmalısınız

 

5- Ən mini, çox mini: İlk maddədə də ifadə edildiyi kimi etibar və güvən üçün bədəninizi sərgiləməyin. Mini yupkalar iş xarici fəaliyyətlərə saxlamaq ağıllı bir strategiya olacaq.


[/b]

 

[b]6- Aşağı müəyyən şalvarlar: Həddindən artıq aşağı seqmentlər hərəkətlərinizi məhdudlaşdıracaq və fərqində olmadığınız anlarda istənməyən bölgələrə diqqət çəkəcək. Alt paltar səhvləri ilə birləşdiyində də görünüşün professionallıqdan çox uzaqlaşacaqdir

 

7- Mesaj məzmunlu üstlər: Üzərində musiqi və idman dünyasından məşhurların fotoşəkilləri ya da yazıları olan tişörtler iş mühitinə nə qədər uyğun ola bilər ki?

 

*Unutmayın yaz aylarında da bunları geyməməlisiniz:

 

Barmaq arası başmaq: Sahil təhlükəsizlikdə işləməyirsiniz deyilmi? Barmaq arası başmaqlar çox qəşəng və çox rahat ola bilərlər ancaq çox təəssüf ki ofis üçün heç uyğun deyildirlər.


İş yerində nə geyilməz?

 

Bantlı sandaletler: Çılpaq qıçlar və yüksək dikdaban bantlı ayaqqabılar. İşyerində ciddilikdən çox qonaqliq və əyləncəni xatırladırlar..
Tərcümə etdi:Su_Perisi_


Redakte etdi: PRETTY_GİRL


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!