Qorxunc iş Problemlərində Əvəzsiz Yardım

Qorxunc iş Problemlərində Əvəzsiz Yardım
İş Qadını - Hüquqlar
10.09.2017 23
"Morning joe” verlişinin aparıcısı və karyera məsləhətçisi Mika
Brzezinki HR-la bağlı qaranlıq qalan bütün sualları cavablandırır.

İşdə səhvə yol vermişəm, bunun öhdəsindən necə gələ bilərəm?
Əgər səhv etdiyindən şübhələnirsənsə, yalan söyləmə. Səhvini boynuna
alsan, müdirin gələcəkdə sənə daha çox etibar edəcək. Səhvin barədə
başqasından eşitmək ona xoş gəlməyəcək. Həqiqəti etiraf etdikdə isə
cəsarətin fərasət kimi qəbul olunacaq. Odur ki, bu vəziyyətdə, ən
yaxşısı, səhvi boynuna alıb, problemi aradan qaldırmaq yollarını təklif
etməkdir.
Müdirlər işdən sonra nə ilə məşğul olduğuma diqqət edirlərmi?
Müasir Facebook dünyasında işdənkənar nə etdiyini hamı öyrənə bilər.
Şəkilərinin yayılmasından ehtiyat edirsənsə, şənliklərdə özünü avara
kimi aparma. Müdirin xəbər tutacağından ehtiyat edəcəyin heç bir iş
görmə, onun maraqlarmı müdafiə et. Işdənkənar aktiv həyatın olması
nümunəvi işçi obrazı yaradacaq, vaxtından düzgün istifadə etdiyini,
insanlarla asanca ünsiyyət qurduğunu nümayiş etdirəcək.
Maaş artımına və ya işdə irəliləməyə artıq layiq olduğumu necə anlaya bilərəm?
Bir qayda olaraq, düşünürəm ki, iki ildən artıq eyni işlə məşğul
olmamaq lazımdır. Əlbəttə iş yükünün bu iki ildə nə dərəcədə artdığı da
önəmlidir. Deyək ki, işə qəbul olunanda katibə vəzifəsində idin, indi
isə referentsən. Bunu özün üçün müəyyənləşdirməklə nə dərəcədə
irəlilədiyini anlaya bilərsən.
Odur ki, əgər ilk qəbul olunduqda etdiyin işlə məşğulsansa, müdirinə
yaxınlaşıb irəliləmək haqqında fikrini səsləndirə bilərsən. Bununla
müdirin görəcək ki, işləməkdən qorxmur, yeni mövqe əldə etmək
istəyirsən.
İşlədiyim ofisdə kişilər üstünlük təşkil edir. Məsləhətiniz?
Deyilən heç bir sözü ünvanına təhqir kimi qəbul etmə. Əgər illər öncə
etinasız olmağın kişilərlə münasibət qurmaqda effektli olduğunu
bilsəydim, vaxtımı əhval pozğunluğu ilə keçirməzdim.
Karyera yüksəlişinə nail olmaq üçün hər gün etməlı olduğum vacib işlər var?
Müxtəlif layihələr hazırla, əlavə tapşırıqlar yerinə yetir və elə et
ki, səni əvəz edə bilən olmasın. Elə materiallar seç ki, müdirin onu
yerinə yetirdiyindən xəbərdar olsun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!