İş yerini dəyişmək üçün səbəb

İş yerini dəyişmək üçün səbəb
İş Qadını - Hüquqlar
10.09.2017 7
Gec ya da tez hər bizimiz iş yerimizi dəyişmək firkinə düşürük. Səbəblər fərqli olur: əmək haqqı kiçikdir, kollektiv mehriban deyil, karyera yüksəlişi üçün heç bir perspektiv yoxdur və ya sadəcə bezmişik. Bəs yeni variant daha mı yaxşıdır?  

Bəzən işimizi dəyişməklə irəliyə yox  geriyə gedirik. Yeni iş yerinə düzəldikdə onun "daxili həyatı” haqqında bilgimiz olmur. Əmək haqqını 2 dəfə daha artıq təklif edə bilərlər, lakin müdiriyyət bütün işləri məhz sizin üstünüzə elə yığa bilər ki, şənbə və bazar da işə çıxmalı olarsınız. Bundan əlavə deyilən əmək haqqını versələr yaxşıdır, bəzən onu da gecikdirirlər.

Buna görə yeni iş yerinə getməzdən əvvəl hərtərəfli düşünün, ordan gedən işçilərdən hansı səbəbdən getdiklərini araşdırmağa çalışın. Çünki məhz gedən işçilər daha subyektiv olaraq hər şeyi danışacaqlar.

Təklif olunan yeri itirmək istəmirsinizsə köhnə iş yerinizdən məzuniyyət götürün və 1 ay ərzində yeni iş yerini öyrənin. Beləliklə yeni iş yeri ürəyinizcə olmasa köhnəni itirmək riski ilə üzləşməyəcəksiniz. Köhnə iş yerinizi analiz etsəniz bəlkə də müsbət cəhətləri mənfidən daha çox olacaq.

Məsələn, ofis evinizə yaxındır, kollektiviniz mehribandır, müdiriniz bəzən qışqırsa da yaxşı insandır.

İlk öncə özünüz üçün müəyən edin ki, sizin üçün nə daha vacibdir kollektivin hörməti və komfort, yoxsa yüksək əmək haqqı və streslə dolu iş günü?

Hansı məqamda işdən çıxmaq lazımdır?

Kiçik həcmli əmək haqqıya istirahətsiz çalışanda.

Müdirlə pis münasibətlər yarananda.

İşinizdə stresli abu-hava mövcud olanda.

Bu halların hamısında sizin sağlamlığınıza ziyan dəyəcəyinə görə iş yerinizi mütləq dəyişməlisiniz. Digər hallarda isə kompromisə getmək mümkündür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!