Zəif Ərdən Qanunda Bezir.

Zəif Ərdən Qanunda Bezir.
İş Qadını - Hüquqlar
10.09.2017 15
Fransız kişi arvadının güdazına getdi.
Fransanın Nitsa şəhərinin məhkəməsinin qərarına görə, 51 yaşlı Jan-Lui arvadına 8552 avro məbləğində təzminat ödəməlidir. Səbəb ərin yataqda "ər vəzifəsi"ni yerinə yetirmək istəməməsidir.
Milli.Az xəbər portalı "Le Monde"a istinadən bildirir ki, Fransa Mülki Məcəlləsinin 215-ci maddəsinə görə, ərlə arvad bir yerdə yaşamağı qarşılıqlı şəkildə vəd edirlər və bu, intimual münasibətləri nikahın bir hissəsi qismində ehtiva edir.
Nitsa şəhər məhkəməsinin hakiminin qərarına görə, nikahın dağılmasında başlıca səbəbkar Jan-Luidir.
Lakin sabiq arvad sakitləşmək niyyətində deyil. Qadın 21 illik nikah ərzində ərinin yataqda bir dəfə də "normal kişi" olmadığı üçün 10 min avro əlavə təzminat istəyib.
Jan-Lui zəifliyinin səbəbinin xəstəlik və yorğunluq olduğunu desə də hakim onu dinləmək istəməyib. Eks an Provans şəhərindəki apellyasiya məhkəməsi də qadının tərəfini tutub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!