Uşaqları ilə birlikdə intimoya baxmağa məcbur edilən qadın..

Uşaqları ilə birlikdə intimoya baxmağa məcbur edilən qadın..
İş Qadını - Hüquqlar
10.09.2017 46
Əri tərəfindən uşaqları ilə birlikdə intimoya baxmağa məcbur edilən qadın şikayət etdi!

Qadinlar.Biz xəbər verir ki, "Yeni Müsavat” qəzetinə başına gələn hadisələrlə
bağlı müraciət edən qadın qeyd edib ki, o, həyat yoldaşı Əli İsgəndərov
tərəfindən dəfələrlə vəhşicəsinə döyüldüyünü və bu faktların da
hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edilir.

Qadın ailə qurduğu dörd il müddətində bu cür hərəkətlərin
saysız-hesabsız olduğunu vurğulayır. Deyir ki, o, ərinin
vəhşiliklərindən can qurtarmaq üçün dəfələrlə Nizami Rayon Polis
İdarəsinin 23-cü polis bölməsinə rəsmi şəkildə müraciət etsə də, polis
heç bir tədbir görməyib.

Qadının müraciətləri nəticəsiz və təqsirkar cəzasız qaldığından, bu il
yanvarın 2-də əri onu növbəti dəfə döyüb. Nəticədə evə çağırılan təcili
yardım qadının vəziyyətinin ağır olduğunu görüb polisə müraciət edib.
Polis əməkdaşları isə onu xəstəxanaya yerləşdirərək çıxıb gediblər.

Qadın yanvarın 3-də növbəti dəfə polis bölməsinə müraciət edərək əri
tərəfindən xəsarət aldığını bildirsə də, aradan keçən bir həftədə iş
araşdırılmır. Əksinə, qadının əri xəstəxanaya gələrək ondan ərizəsini
geri götürməyi tələb edib. Əsas kimi də göstərib ki, polis bölməsi
qadının vəziyyətinin yüngül olmadığından xəbərdardır və ərizəsini geri
götürmədən ölə bilər. Bu halda isə vəziyyət pisləşəcək.

"Dörd dəfə Əlinin əlindən qaçıb ayaqyalın 23-cü bölməyə gəlmişəm. Rəsmi
şəkildə müraciət etmişəm, ərizə yazıb bildirmişəm ki, ərim məni öldürür,
kömək edin. Bölmənin əməkdaşları isə ərimi çağırıb məni ona veriblər
ki, al apar.

Elə bölmədən çıxan kimi, həyətdə məni polislərin yanında təpiyinin
altına salıb, ancaq heç kim mənə yardım etməyib. Əksinə, ərim sonradan
deyir ki, nə qədər istəyirsən polisə müraciət edə bilərsən. Onsuz da
polislərin haqqı 200 manatdır, bu qədər verib səni istədiyim qədər
döyürəm.

Dəfələrlə məni dəmirlə, ağac parçaları ilə döyüb, boğub, asıb və
sonradan kəndiri kəsib, hamilə vəziyyətdə torpağa basdırıb və sair. Ərim
qohumlarımı öldürəcəyi, evlərini yandıracağı ilə hədələyir. Elə olur
ki, qaçıb hansısa qohumumun evində gizlənirəm, evə qayıdan günü o da
gəlib çıxır və işgəncələr təkrar başlayır. Onun hərəkətləri danışmaqla
qurtaran deyil. O, üç uşağıma da əzab verir. Polis isə işə baxmır”. Bunu
da hazırda xəstəxanada müalicə alan G.Abdullayeva bildirir.

Şikayətçi deyir ki, işsiz olan əri qohumlarının qadına verdiyi pullarla
yaşayır, əvəzində isə qadın üç körpəsi ilə günlərlə ac qalır:

"Qohumlarım, bacı-qardaşım bizə pul, pay, ərzaq göndərirlər. Əli heç
birini evə gətirmir. Bizə qonşular bir qab yemək versə, yeyirik, yoxsa
ac qalırıq günlərlə. Qaz sayğacına kart yükləmir ki, evi isitməyək. Bu
qışın günündə soyuqdan donuruq”.

Onun sonrakı fikirləri isə daha dəhşətlidir. Qadın deyir ki, əri onu və
uşaqlarını məcbur edir ki, internetdə yüklədiyi intim, əxlaqsız
videolara baxsınlar:

"Sonra da uşaqları məcbur edir ki, soyunub həmin videodakı hərəkətləri
təkrar etsinlər. İki qızım var, onların başına pis hadisənin
gələcəyindən qorxuram. Pulu qurtaranda isə mənə deyir ki, get özünü sat,
mənə pul gətir. Bunları polis bölməsində deyəndə isə mənə deyirlər ərin
dediyini edə bilərsən”.

Sonda bu drama rəsmilərin də mövqeyini öyrənmək istədik. Daxili İşlər
Nazirliyindən məsələnin araşdırılacağı və diqqətdə saxlanılacağı vəd
edildi. Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsindən isə
şikayətçinin adını eşidən kimi bildirdilər ki, həmin kişidən pul
alınması yalan söhbətdir:

"O kişinin heç əyninə şalvar almağa imkanı yoxdur”. İdarənin 23-cü
bölməsindən isə bildirdilər ki, şikayətçi qadının müraciəti araşdırılır.

Bölmənin rəisi Nəsib Məmmədov bildirdi ki, şikayətçi G.Abdullayevanın
yanvarın 3-də bölməyə etdiyi şikayətlə bağlı yanvarın 4-də məhkəmədə
sadələşdirilmiş iş icraatı açılıb. Məhkəməyə göndərilməsi üçün sübutlar
toplanır.

Bölmə rəisinin sözlərinə görə, sonunda güman ki, bölmə tədqiqatçısı
Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin başlanmasını
tövsif edəcək. O, həmçinin bir həftə ərzində ekspertizanın nə səbəbdən
təyin olunmamasına, bölmənin heç bir təhqiqat aparmamasına, iş icraatı
varsa, bu barədə şikayətçiyə nə səbəbdən məlumat verilməməsinə tutarlı
səbəb gətirmədi.

Qeyd edək ki, G.Abdullayevanın 11, 3 və 2 yaşlı üç uşağı var. Uşaqlardan
böyüyü qadının əvvəlki rəsmi həyat yoldaşındandır. Balacalar isə dini
kəbinlə evləndiyi Əli İsgəndərovun uşaqlarıdır.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!