Qadınlar niyə layiq olduqları dəyəri tapa bilmir? (Müzakirə)

Qadınlar niyə layiq olduqları dəyəri tapa bilmir? (Müzakirə)
İş Qadını - Hüquqlar
10.09.2017 31
Dünyanın ən gözəl varlıqlarındandır qadınlar. Gözəl əxlaqlarıyla, ruhlarındakı dərinliklə, mərhəmət anlayışlarıyla, incə düşüncələriylə, fədakarlıqları ilə ruha şəfadır onların varlığı...

Sevməyi, sevilməyi, şəfqəti, dostluğu bir çox adamdan daha yaxşı bilərlər. Analar atalar üçün, qardaşları üçün, yoldaşları üçün, dostları üçün, uşaqları üçün hər vaxt hər yerdə çox böyük nemətdirlər. 

Ancaq belə qiymətli varlıqlar olmalarına baxmayaraq dünyanın dörd bir tərəfində qadınlar layiq olduqları dəyəri tam olaraq tapa bilməmiş, haqqları olan həyata qovuşa bilməmişlər. Hər gün dünyanın hər küncündən zülmə düçar olan, əziyyət görən, təzyiq altında olan, çətin şərtlər altında yaşayan, şiddətə məruz qalan, iş tapa bilməyən, pis rəftar görən qadınlara dair xəbərlər gəlməkdədir.  Müxtəlif hüquqi tənzimləmələr edilməsinə, cəmiyyət bu istiqamətdə öyrədilməsinə, qadınların qorunması və gözlənilməsi üçün bir çox tədbir görülməsinə baxmayaraq, onlar hələ layiq olduqları kimi bir rahatlıq içərisində yaşaya bilməməkdədirlər.

Əlbəttə ki, bunun ən əhəmiyyətli səbəblərindən biri insanların ruhlarında meydana gələn təxribatdır. Bir çox insan özünə yalnız ‘həyat döyüşünü' məqsəd hesab bilmiş, yemə, içmə, uyğunlaşmaya, sığınma kimi primitiv ehtiyaclarını qarşılamaqdan başqa bir düşünməz hala gəlmişdir. Deyil bir başqasını düşünmək, bir başqasını sevmək, bir qadındakı gözəl xüsusiyyətləri, incəlikləri görmək, onun dəyərini bilmək, ucaltmaq, nəzakət göstərmək, özü də həyatında bu gözəllikləri axtarmamaqdadır. Hətta bütün bunlar gözünün önündə olsa belə bəlkə də bunlardan da üz çevirəcək, maraqlanmayacaq, laqeyd qalacaq.Kimisi də yalnız bu qədərlə də qalmamış, bu laqeydlikdən də irəli gedərək, insanlıq xarici xüsusiyyətlər də qazanmışdır.Bu anlayış nəticəsində də qadına şiddət tətbiq etməkdə, xor görməkdə, əziyyət etməkdə heç bir qorxu görməyəcək bir vicdansızlıq içinə girmişdir.

Bu əxlaqın korlanmasının səbəbi nələrdir?
Hüququmuzun nələr olduğunu bilirikmi?
P.S.Bu yazıda tşk.maraqlıdır kimi yox mövzuya uyğun şərhlərinizi gözləyirəm :komp:
Tərcümə etdi:   Aytən Mələk




скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!