Bizim Əvəzimizə Düşünən Kişilərə...(Müzakirə)

Bizim Əvəzimizə Düşünən Kişilərə...(Müzakirə)
İş Qadını - Hüquqlar
10.09.2017 9
Salam Qadınlar.Biz

Günümüzdə bir çox qadınların problemi olan, amma kişi nə desə odur, evin dirəyi ,ağsaqqalıdır və s. Bu kimi düşüncələrə görə susan qadınlar var. Bu problemin nə olduğunu bilmək istəyirsiz ? Bu problem bundan ibarətdir qadınlar kişilər tərəfindən sanki əşya olaraq görünür.Ora getmə, bunu etmə , sən işləyə bilmərsən, oxuya bilmərsən və s. Yaxşı bunu deyən kişilər heç qadının psixaloji vəziyyətini nəzərə alırmı? Axı hər qadının harasa getməyə , gəzməyə , qonaq getməyə, əylənməyə ehtiyacı var.Kişilər bunları qadınlardan almaq ixtiyarına sahib deyillər. Kişilərin buları deyərkən belə bəhanələri olur.

Mən sənə inanıram ama çöldəkilərə yox. Qadın ev üçündür, Uşaqlarını böyütməlidir və s. Bu bəhanələr kişinin xarakterinə görə dəyişə bilər .Hər halda hər xanım öz həyatında olan kişini yaxşı tanıyır və bu bəhanələrin nələr olduğunu özü gözəl bilir.

Bu cür qadağalar qoyan kişi xanımını vaxtlı xaxtında gəzdirməli , onunla birlikdə vaxt keçirməli , həftədə 1 dəfə də olsa bir neçə saatlıq evdən kənara apararaq onu dinləməlidir. Həyat yoldaşı olmaq yalnız rəsmi nigaha salmaq demək , ona bir neçə uşaq bəxş etmək demək deyil. Kişinin vəzifəsi xanımına gözəl həyat verə bilmək, xoşbəxt etməkdir.

Evlilikdən sonra işə gedib , gəlib evdə yatmaqla, qadının cinsi təlabatını ödəyib,evin hər ehtiyacını qarşılamaqla bitmir.Qadın üzərinə düşən hər vəzifəsini yerinə yetirirsə bu o demək deyil o xoşbəxdir. Biz xanımlar özümüzü yaxşı ya pis hiss etməyimizdən asılı olmayaraq səhər oyanıb səhər yeməyi hazırlayırıq, ev işləri ilə məşqul oluruq.Bəzən ev işləri Görməklə stress atdığımızı düşünürük ama özümüzü aldadırıq bunun fərqində deyilik .

Xanmların bu dərəcədə sıxılması, başa düşülməməsi xəyanətədə gətirib çıxarır. Qadınların xəyanət etməsində, psixaloji prablemlərin yaranmasında kişilərin böyük rolu var. Hər şey kişidən asılıdır deyə bilərəm hətta.

Bu mövzunu yazmağıma səbəb dayım qızının yaxınlar da səhhətinin pozulması oldu. Evlidir 3 uşağı var ama heç yerə getmir bütün günü ev işləri və uşaqlarına baxmaqla məşqul olurdu sonunda səhhətin də problemlər yarandı səbəb isə hiss etdiklərini dilə gətirə bilməməsi və evdəkilər ən əsası da həyat yoldaşı tərəfindən başa düşülməməsidir.

Bəlkədə bu prablemi sən oxucuda yaşayırsan amma səndə susursan.Susmağının nələrə gətirib çıxaracağını oxu və bil.

Kişilər sizlərə sözüm . Bizi başa düşün!



Müəllif: Lovely Girlскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!