Hekayə satırsınızmı?

Hekayə satırsınızmı?
İş Qadını - Hüquqlar
10.09.2017 17
Təcrübəli bir jurnalist tərəfində təsis edilən və insanların həyat hekayələrini media təşkilatlarına satmasına vasitəçilik edən şirkət İngiltərədə ilin təşəbbüskarlıq mükafatına layiq görüldü. 




Təsəvvür edin ki, normal həyatınızı yaşayırsınız və bir səhər yuxudan oyananda görürsünüz ki, KİV nümayəndələri qapınızın ağzında düşərgə qurmuşlar. Məlum olur ki, onlar, bəlkə sizin belə xəbəriniz olmayan bir hadisə ilə əlaqədar detalları öyrənmək istəyirlər. Ola bilər ki, sizin maraqlı bir hekayəniz var.




 Ölkəmizdə belə işlər, jurnalistlər və xəbərə birbaşa aid olan adamlarla əlaqə əsasında həyata keçirilir. Bir müddət əvvələ qədər İngiltərədə də işlər belə gedirdi. Ancaq indi insanların öz hekayələrini satmaq üçün qurulmuş bir şirkət var. Üstəlik Nataşa Smit adlı təcrübəli jurnalist bir qadının qurduğu bu şirkət, 300 şirkət arasında 2009-cu ilin qadın təşəbbüskarı mükafatını aldı.    









1998-ci ildə jurnalistikaya başlayan Smit, "Talk to the Press”i qurmazdan əvvəl bəzi qadın jurnallarında və Yeni Zelandiyadakı "Sunday Times”də işləmişdi. Peşəkar həyatı boyunca o, jurnalist olaraq, "romantik həyat hekayələri” sahəsində ixtisaslaşmışdı. Bir müddət ştatdankənar jurnalist kimi işləyən Nataşa Smit, 2007-ci ildə qurduğu "Talk to the Press” adlı şirkətiylə insanların gerçək həyat hekayələrini qəzet və jurnallara satmasına köməkçi olur. Eyni zamanda "media fırtınasına” düşüb xilas ola bilməyənlərə müxtəlif strateji məsləhət xidmətləri göstərir. Yarandığı gündən bu yana 300-dən çox hekayə satan şirkət, yaxında yayımlanacaq bir sənədli filmin də əsas mövzusu oldu.  
"Talk To The Press”, İngiltərənin tanınmış "Daily Mail”, "Mail on Sunday”, "News of the World”, "Mirror” kimi qəzetləri ilə əməkdaşlıq qurmuşdur və bir çox həftəlik qadın və maqazin jurnallarını hekayələrlə təmin edir. "Talk to the Press”in bütün personalı, Smit kimi jurnalistlərdən ibarətdir. Hekayənin satılması və ya müştərinin istədiyi şəkliylə istifadə edilməsi ilə əlaqədar bütün işləri Smit və qrupu idarə edirək, özünün, yaxud bir tanışının başına gələn bir hadisəni mediaya açıqlayanların sözlərinin təhrif edilməsinə mane olur. Bir mətbu orqanı ilə razılaşana qədər, hekyə şey gizli qalır və hekayə sahibləri bu xidmətin əvəzində heç bir ödəniş aparmır. Pul, hekayəni satın alan media orqanından qazanılır və "Talk to the Press” şirkəti ilə hekayə sahibi arasında bölüşdürülür.



Babək Bayramov



NLP Master
Fərdi İnkişaf Ustadı
Biznes Trenerскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!