Uğurlu iş həyatı üçün 5 xarakterik xüsusiyyət

Uğurlu iş həyatı üçün 5 xarakterik xüsusiyyət
İş Qadını - Hüquqlar
10.09.2017 16
İnsan özünə bir çox hədəf yarada bilər. Bəzən daha asan, bəzən isə daha
çətin çatarsınız hədəflərinizə. Lakin bu hədəflər işinizi motivasiya
edər və sizə istiqamət göstərər.

Yaxşı, bəs hədəflərinizi nəyə görə təyin etməlisiniz? Nəticədə hədəf
təyin etmənin məqsədi o hədəfə çatmaqdır. Nəticəyə çata bilməyən
hədəflərə sahib olmaq, adamın vaxtını və enerjisini boş yerə
xərcləməsinə səbəb olar. Unutmayın, ən yaxşı hədəf, ağıllı hədəfdir.
 
Ağıllı hədəflərin 5 xarakterik xüsusiyyəti olmalıdır:
 Açıq və dəqiq olmalıdır

Hədəfiniz dəqiq və açıq olmalıdır. Bir hədəf əsla həddindən artıq və ya
şablon olmamalıdır. Hədəfiniz dəqiq və açıq olduğu zaman, işlərinizin
bu istiqamətdəki irəliləməsini də asanca ölçüb biçəcəksiniz.



Qədərində olmalıdır

Hədəfinizin ölçüsü olmalıdır. Həvəsinizin yüksək qalması üçün hədəflərinizə çatmanız da əhəmiyyətlidir.



Çatılan olmalıdır

Hədəfləriniz real və çatılan olmalıdırlar. Çox yüksək və ya çox aşağı
hədəflər mənasız olarlar və təbii olaraq zamanla bunları görməməzlikdən
gəlib, hədəflərinizdən uzaqlaşa bilərsiniz.



Mövzu ilə əlaqədar olmalıdır

Hədəfiniz, şirkətinizin məqsədi və fikiri ilə əlaqəli olmalıdır.



Zaman limiti olmalıdır

Hədəflərin bir başlama və bitmə zamanı olmalıdır. Son icra tarixi
olmayan hədəflər və proqramlar göz ardı edilməyə və təxirə salınmağa
məhkumdurlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!