Evdən məşğul ola biləcəyiniz işlər

Evdən məşğul ola biləcəyiniz işlər
İş Qadını - Hüquqlar
10.09.2017 295
Bezmiş bir evdar qadın ola bilərsiniz. Ya da artıq günün böyük bir hissəsini ofis divarları arasında keçirmək istəməyən bir professional qadın da ola bilərsiniz. İş qurmaq istəyən, amma bunun üçün bir ofis açmağa gərək qalmasın istəyənlərdənsinizsə ya da yeni bir ana olaraq home office işə niyyətlisinizsə, evdən edilə biləcək iş variantlarına gəlin birlikdə baxaq. Etdiyi işdən ilham alanlar üçün ilham verici ola bilər…



Dərs vermə

Akademik ya da müsiqi növündə növdə bir mütəxəssislik sahəniz varsa, evdə təlimçilik edə bilərsiniz. İbtidai məktəb səviyyəli riyaziyyat, ana dili kimi dərslərdən daha irəli yaşlar üçün İngiliscə, həndəsəyə, hətta yoqaya qədər dəyişik sahələrdə dərs verəcək şagird tapmaqda çətinlik çəkməzsiniz.



Yemək bişirmə

Mətbəxdə olmağı sevirsinizsə, yemək ya da tort, börək bişirməkdən zövq alırsınızsa, evinizi l bir istehsal mərkəzinə çevirə bilərsiniz. Bişirdiklərinizi restoranlara ya da şirniyyat məkanlarına sata bilərsiniz.



Yazı və illüstrasiya

Bu günə qədər başqa bir iş edirdiniz, amma içinizdə həmişə bir yazıçılıq sevgisi vardı? Bu sahədə özünüzü qabiliyyətli hiss edirsinizsə sərbəst yazıçılıq ya da redaktorluq edə bilərsiniz. Lakin redaktorluq üçün təcrübənizin olması əhəmiyyətlidir. Məzmuna ehtiyac duyan nəşr orqanlarıyla müqavilə edib onlar üçün istehsala keçə bilərsiniz. Bənzər bir iş də qrafik dizaynçılığıdır. Bu işlərə qabiliyyətiniz varsa, axtarılan bir işçi ola bilərsiniz.



Əl istehsalı məhsul satışı

Aksesuar hazırlamağı sevirsinizsə bunu niyə bir işə çevirməyəsiniz? Rəngarəng muncuqlar və zəncirlərlə yaratdığınız qəşəng aksesuar dizaynlarını ya da hörgü geyimləri  kimi satış saytlarına qoyaraq qiymətləndirə bilərsiniz. İşi daha da böyütmək istəsəniz öz adınıza bir satış saytı qurub satışlarınızı internet üzərindən idarə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!