Azəri qadını üçün "qadın hüquqları"hansı anlama gəlir?

Azəri qadını üçün
İş Qadını - Hüquqlar
10.09.2017 9
Cəmiyyətimiz xeyli inkişaf etmişdir.Buna baxmayaraq içimizdə inkişafdan geri qalan insanlar da vardır.Bir çoxları müasirliyi sadəcə var-dövlətin miqdarı ilə ölçdüyü halda məntiqli insan anlayır ki,bu yanlış düşüncədir.



İndi isə keçək xanımlarımıza....



Günbəgün inkişaf edən Azərbaycan cəmiyyətində "qadın hüquqları"necə yozulur?



Doğrudur xalqımız arasında müasir düşüncəli insanlar çoxdur amma hələ də bir çoxları qadın və kişi arasında fərqlər yaradır.

 

Xəbərimi tənqid etmək istəyənlərə də bildirim ki,nə qədər belələri var biz-azad qadınlar susmayacağıq.

 

İnsan ilk növbədə özünü dərk etməlidir sonra başqalarını...Azəri qadını anlayırmı ki,bu azadlıq ona nələr verir?Əfsuslar ki,bu suala mənfi cavab eşidəcəyimiz hallar da var.



Qadın azadlığı namussuz olmaq demək deyil,qadın azadlığı öz haqqlarını müdafiə etməkdir,dözüm gərəkməyən yerdə etiraz səsini ucaltmaqdır,ətrafdakıların sənin haqqlarının fərqinə varmasını tələb etməkdir və bunları bacarmaqdır,azadlıq "mən buyam"deməkdir "mən bunu bacarıram"deməkdir,"mən qadınam heç bir kişidən geri qalmıram bacarıqda,vətənə xeyir verməkdə,üzərimdə zəhməti olanların adını ucaltmaqda".



Qadın haqqlarını dərk etmək qadın və kişi arasında heç bir hüquqi fərq qoymamaqdır.



Qadın azadlığını dərk etmək qadın olmaqdan utanmamaqdır.

 

Gəlin azadlığımızı düzgün dərk edək,yanlış yozumlara aldanmayaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!