Qadının azadlığı pulla alınır

Qadının azadlığı pulla alınır
İş Qadını - Hüquqlar
10.09.2017 12
Hələ İslamdan çox-çox əvvəl, bütpərəslik zamanında da qadının cəmiyyətdəki vəziyyəti ağır idi. Kişi onun varidatını ələ keçirirdi. Qadııan vərəsilik hüququ yox idi. Onu cəmiyyətin tör-töküntüsü sayırdılar. Çünki yalnız ata minə bilən, vuruşan və qənimət gətirə bilənin miras almağa hüququ çatırdı. Hətta dul qalandan sonra da qadın nəinki ailə mirasına əli çatmırdı, onun özünü də əşya kimi başqa ailə üzvlərinə ötürürdülər.  Kişinin əvvəlki nakahından oğlu vardısa analığına sahib çıxmağa ən çox onun hüququ çatırdı. Oğul analığını istəməsəydi də qadının evdən getməyə haqqı çatmırdı. O, azadlığını pulla almalı idi. Qadın boşanardısa yenidən ərinin yanına qayıtmaq hüququnu həmişəlik itirərdi. Kişinin isə evlənməkdə imkanları hüdudsuz idi. Kişini qadına qarşı ədalətli olmağa çağıran, ya da ədalətsizlik etməyində əngəl olan bir vasitə də yox idi.



Qız atası ah-vay edər

İslama qədər ərəblər ailədə qızın doğulmasını pis əlamət sayırdılar. Qızı doğulan ərəbin günü ah-vayla keçərdi. Bəzən onlar qızdan o qədər bezirdilər ki, uşaqları diri-diri basdırırdılar. Qızın üstəlik fiziki qüsurları olsaydı onun sağ qalmaq şansı lap az olurdu. Bəzən ərəblər uşaqlarını kasıbçılıq ucbatından öldürürdülər. Balasını gözünün qarşısında öldürən kişiyə qadının etiraz etməyə nə haqqı, nə də qüvvəsi çatırdı. Bəzən qidalanmada da qadın üçün qadağan olunmuş, amma kişiyə məqbul sayılan yeməklər vardı. Ən vacibi qadının fəxr etməli bir işi yox idi. O, yalnız qeyrətini çəkən kişisiylə fəxr edə bilərdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!