Azərbaycanda qadın hüquqları normativ hüquqi

Azərbaycanda qadın hüquqları normativ hüquqi
İş Qadını - Hüquqlar
10.09.2017 14
Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən qadınlar 17 yaşından nigaha daxil ola bilərlər.Müstəsna hallarda tərəflərin qarşılıqlı xahişi və müvafiq icazə ilə bu müddət bir il azaldıla bilər.



Ailə cəmiyyətin xüsusi özəyi və əsasıdır.Ailədə qadın ana kimi əsas aparıcı vəzifə daşıyıcısıdır.Uşaqların tərbiyəsi və təhsili,eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsipinə uyğun olaraq birgə həll edilir.Nigaha daxil olduqdan sonra ər-arvad tərəfindən qazanılmış,əldə edilmiş əmlak onların ümumi şəxsi mülkiyyəti hesab olunur.

Respublikamızda ailənin inkişaf dinamikasına və cender araşdırmalarına baxdıqda məlum olur ki,son 15 ildə nigahların bağlanmasının illik sayı iki dəfə azalıb.Bunun əsas səbəbi əhalinin gəlirlərinin aşağı olması, ailəni saxlamaq üçün imkanların zəif olması və yeni qurulan ailələrin mənzil problemlərini həll edə bilməməsidir.Digər bir səbəb isə gənc oğlanların iş axtarmaq məqsədilə ölkəni tərk edərək,başqa dövlətlərin vətəndaşları ilə ailə qurmalarıdır.Nigahların bağlanmasının ilbəil azalması ilə yanaşı,boşanmaların illik sayı da çoxalmışdır.Bunun da əsas səbəbi yeni qurulan ailələrin öz maddi problemlərini həll edə bilməməsidir. Uşaq doğulduqdan sonra gənc ailənin problemləri daha da çoxalır.Çünki,dövlət tərəfindən verilən 9000 manat uşaq pulu körpənin aylıq xərclərinin çox az hissəsinə çatır..Ailələrin maddi problemlərlə üzləşməsi,ərin öz ailəsini dolandıra bilməməsinin son nəticəsi boşanmaya gətirib çıxarır.

Bir çox hallarda ərindən ayrılmış qadın doğmaları üçün arzuedilməz şəxsə çevrilir.Boşanmadan sonra uşağın ana ilə qalması qadının çətinliklərini daha da artırır.Çünki,ərindən və doğmalarından ayrılmış qadınlar öz uşaqlarını saxlamaq üçün iş tapmadıqda və maddi problemlərini həll edə bilmədikdə,bəzən əxlaqsızlıq yuvalarının daimi sakinlərinə çevrilirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!