İşgüzar xanımlar daha az yaşayır

İşgüzar xanımlar daha az yaşayır
İş Qadını - Hüquqlar
10.09.2017 56
Böyük Britaniyanın Milli Statistika İdarəsinin mütəxəssisləri işgüzar karyeranın qadın səhhətinə vurduğu ziyanı araşdırıb. Alimlər iddia edir ki, işgüzar karyerası olan xanımların ömrü kişilərə nisbətdə hər keçən il bir qədər azalır. Amma maraqlı məqam budur ki, evdar xanımlar uzun ömürlülük məsələsində kişilərlə rəqabətdə heç də geri qamır.
Statistika işçiləri xanımların səhhəti ilə bağlı rəqəmləri də dərc edib. Məsələn, 1963-cü ildə fəal həyat tərzi keçirən kişilər qadınlara nisbətən iki dəfədən artıq ölüm risqi ilə üzləşirdi. 1983-cü ilin statistikası isə daha fərqli olub. Belə ki, işgüzar qadınlar arasında ölüm faktları 1,5 dəfə artıb, ömrün qısalması arasındakı fərq isə 6 ildən 4 ilə düşüb.
Mütəxəssislər, işgüzar xanımların həyat risqinin səbəblərini də araşdırıb. Bildirilib ki, daha çox stres və həyəcan keçirən xanımlar alkoqollu içkilərə və siqaretə daha meylli olduqları üçün onlar arasında ölüm hallarına tez-tez rast gəlinir. Bununla belə qeyd olunub ki, son bir neçə ildə xanımlarda işgüzarlıq fəaliyyəti ilə bağlı azalmalar müşahidə edilir. Hazırda britaniyalı qadınların böyük əksəriyyəti daha çox ev işlərinə vaxt ayırmağı üstün tutur.
Karyera pillələrini sürətlə qalxan xanımların tütün məhsullarına aludəçiliyi və spirtli içkilərə meylliliyindən başqa dünyaya övlad gətirmək istəmədikləri də ortaya çıxıb. Məlum olub ki, işgüzar həyata başı qarışan xanımlar çox gec yaşda nigaha girməyi üstün tutur. Bəziləri isə ümumiyyətlə, bu zövqdən məhrum olur. Araşdırmaların nəticələrinə inansaq, iş həyatı olan qadınların dünyaya ilk övlad gətirmək üçün orta yaş həddi 30-dur. 1970-ci ildən sonra isə ilk övladını 40 yaşında dünyaya gətirən xanımların sayı 5 dəfədən çox artıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!