Peşənə bax ölümünü bi̇l

Peşənə bax ölümünü bi̇l
İş Qadını - Hüquqlar
10.09.2017 20
Southampton Universitetinin alimləri professor Devid Quqqonun rəhbərliyi altında 1990-cu illərdə müxtəlif peşələrdə işləyərək dünyasını dəyişmiş 40 mindən artıq işçinin anketləri əsasında apardıqları unikal bir tədqiqatın nəticələrini açıqlayıblar.
Araşdırmalara görə, dülgərlər, elektriklər və qaz hasilatında çalışan işçilər əsasən asbestoz (ağ ciyər xəstəliyi) xəstəliyindən dünyalarını dəyişirlər. Ağ ciyərlərin qənimi olan digər bir peşə şaxta işləridir. Tədqiqatda bildirilir ki, komür mədənində çalışan bir şəxsin ağ ciyər xəstəliklərindən ölmə ehtimalı 100-də 40 faizdir. Daş karxanasında çalışanlarda da bu göstərici xeyli yüksəkdir. Sonuncu iki peşə sahibləri əsasən slikoz adlanan ağ ciyər xəstəliyindən vəfat edirlər.
Universitet alimləri AİDS-sə yoluxma ehtimalı yüksək olan peşələrin də adlarını sadalayıblar. Siyahıya qadın və kişi bərbərləri, tibb bacıları və stilistlər başçılıq edirlər.
Jurnalistlər, ədəbiyyat, incəsənət və digər yaradıcı sahələrdə çalışanlar işə əsasən narkotik və tütün asılılığından vəfat edirlər.
Orta və yüksək vəzifədə çalışan tibb işçiləri isə intihar etməyə meylli olurlar. Bunun səbəbi onların ümidsiliyə daha çox qapanmaları ilə izah olunur.
Əyləncə sektorunda çalışanlar isə həyatları ilə avtomobil qəzalarında vidalaşırlar. Onların həmçinin cinayətkarların qurbanları olma ehtimalları da yüksəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!