İstədiyinizi əldə etmək üçün 5 təklif

İstədiyinizi əldə etmək üçün 5 təklif
İş Qadını - Hüquqlar
10.09.2017 47
1. Nə istədiyinizi bilin
Nə istədiyinizi həm özünüzə, həm də bir başqasına təyin etməlisiniz. Nə qədər yüksək, nə qədər uzaq, nə qədər çox? Nə vaxt, harada, necə, kiminlə? İş həyatınızda bir kreditə ehtiyacınız varsa; necə istənəcəyini bilsəniz, bu krediti taparsınız. "İstehsalı artırmaq üçün bir az daha pula ehtiyacımız var, bizə bir az kredit verərsinizmi?" desəniz, krediti ala bilməzsiniz. Qəti olaraq neyə ehtiyacınız olduğunu, nə üçün ehtiyacınız olduğunu və nə vaxt ehtiyacınız olduğunu təyin etməlisiniz. Onunla nə çıxara biləcəyinizi də göstərmək məcburiyyətindəsiniz. Ağıllıca istəmədiyiniz müddətcə istədiklərinizi ala bilməzsiniz.
2. Sizə kömək ede biləcəklərdən istəyin
Nə istədiyinizə bilməyə yetməz, eyni zamanda məlumat, sərmayə, həssaslıq, iş təcrübəsi kimi müəyyən qaynaqlara sahib olan kəslərdən istəməlisiniz. Deyək ki,dostlarıınızla bir probleminiz var. Ürəyinizi boşaltmaq istəyirsiniz. Sizinki qədər zəif əlaqələrə sahib birindən kömək istəməyə qalxsanız, bu adam sizə köməkçi ola bilərmi? Şübhəsiz köməkçi ola bilməz.
Kömək istəyəcək uyğun adamı tapmaq, sizi yenə nəyin nə işə yaradığını öyrənməyə diqqət etmə mövzusuna geri aparacaq. Daha yaxşı bir iş, daha yaxşı bir əlaqə, daha yaxşı bir sərmayə proqramı, nə istəsəniz istəyin, bunlarla əlaqədar bəzi şeylərin başqaları tərəfindən edilmiş olduğuna diqqət edin. Buradakı əsl problem istədiklərimizi bacaran kəsləri tapmaq və onların nələri doğru etdiyini təyin edə bilmək.
3. İstədiyiniz şey bəziləri üçün fayda yaratsın
Yalnız istəməyin və bəzilərinin sizə bir şeylər verəcəyini gözləməyin. Əvvəl istədiyiniz kimsəyə necə köməkçi ola biləcəyinizi hesablayın. İşlə əlaqədar yaxşı bir fikiriniz və bunu reallaşdıra bilmək üçün də pula ehtiyacınız varsa, bu pulu əldə etmənin bir yolu, sizə həm kömək edəcək həm də sizdən (ediləcək işdən) faydalana biləcək adamı tapmaq. Ona fikirinizin həm sizə, həm özünə necə pul qazandıracağını göstərməlisiniz.
Yaradacağınız faydanın hər vaxt maddi şeylər olması lazım deyil; bir hiss, bir həssaslıq ya da bir yuxu ola bilər. Birinə gedib "100 milyon lirəyə ehtiyacım var desəniz", qarşınızdakı adamdan bir çox adamın pula ehtiyacı olduğunu hiss edə bilərsiniz. Bu pula insanların həyatında bir fərqlilik yaratmaq üçün ehtiyacınız olduğunu söyləsəniz,çox güman sizi dinləməyə başlar. Qəti olaraq digərlərinə və özünüzə necə faydalı ola biləcəyinizi göstərsəniz; qarşınızdakı da sizə pul verməyi düşünər.
4. Qərarlı, sabitlikli bir şəkildə istəyin
Müvəffəqiyyətsizliyin səbəbi əslində qərarsız olmaq. Siz nə istədiyinizdən əmin deyilsinizsə, başqaları necə əmin olsun? Bu səbəblə, istəyərkən bir inanc içində olun. Fiziologiyanız və sözlərinizlə inancınızı göstərin. Nə istədiyinizdən əmin olduğunuzu göstərə bilsəniz, mütləq bacaracaqsınızsa və mütləq həm özünüz həm də istədiyiniz kimsə üçün bir fayda yaradacaqsınız.
5. İstədiyini əldə edənə qədər istə
Ağıllıca istəmənin beşinci və ən əhəmiyyətli addımı, istədiyini əldə edənə qədər istəmək. Bu eyni adamdan istəyin demək deyil əlbəttə. Qəti olaraq eyni şəkildə istəyin demək də deyil. Nə əldə etdiyinizi bilənə qədər duyuşsal itiliyinizi və fərdi dəyişmə elastikliyinizi inkişaf etdirmək məcburiyyətindəsiniz. Bu səbəblə, istədiyiniz zaman istədiyinizi əldə edənə qədər, özünüzü dəyişdirmək və təşkil etmək məcburiyyətindəsiniz. Müvəffəqiyyətli insanların  həyatlarını araşdırdığınızda onların istəklərində çox israrlı olduqlarını, davamlı sınadıqlarını, davamlı dəyişdirdiklərini və ər ya da keç ehtiyaclarını aradan qaldıracaq birini tapdıqlarını görərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!