Azərbaycanda siqaret çəkən qadınlar çoxalıb

Azərbaycanda siqaret çəkən qadınlar çoxalıb
İş Qadını - Hüquqlar
10.09.2017 39
Siqaret cinsindən asılı olmayaraq hər kəsə ziyandır. Bunu hamı bilir.
Hətta satışda olan bütün siqaret qutularının üzərində Səhiyyə Nazirliyinin qadağası barədə xəbərdarlıq da yer alır. Amma nə fayda...
Hər gün insanlar bilərəkdən "zəhər”i öz ciyərlərinə çəkmək üçün müəyyən məbləğdə pul da xərcləyir.
Araşdırmalar göstərir ki, hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir. Amerika alimlərinin araşdırmalarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretlə bağlıolacaq. Hər il təxminən 10 milyon insanın ölümünə məhz siqaret səbəb olacaq.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-ci ildə 68 min qadın ağciyər xərçəngindən ölüb. Halbuki eyni il 41 min döş xərçəngi ölümü olub. Alimlər bunu sırf siqaret kimi pis vərdişin olması ilə əlaqələndirirlər.
Dünya ölkələrində qadınların siqaret çəkməsi normal qəbul edilsə də, bizdə bu, birmənalı qarşılanmır, həm sağlamlıq baxımından, həm də zərif cinsin nümayəndəsi olaraq onlara yaraşdırılmır. Kişilərə "kişi” olduqları üçün nə qədər siqaret çəkdiyinə görə haqq verilsə də, hərçənd ki, bu da doğru deyil, qadınların bu vərdişə aludə olması qəbuledilməzdir. Dövlət Staistika Komitəsinin bu yaxınlarda verdiyi açıqlamaya əsasən Azərbaycanda siqaret çəkənlərin 11%-ni qadınlar təşkil edir. Müşahidələr göstərir ki, siqaret çəkən qadınların sayı atrmaqda və bəzi kişi nümayəndələri də bunu normal qəbul etməkdədir. Daxil olduğunuz restoranda damağında siaqret olan xanımın rahatlıqla kişilərin yanında oturmasını yəqin ki, siz də görməmiş deyilsiniz.
Maraqlıdır, Azərbaycan cəmiyyətində müəyyən məqam sahibi olan qadınlar bu haqda nə düşünür?
Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Domitəsinin sədr müavini, tanınmış şahmatçı Aynur Sofiyeva da Modern.az-a açıqlamasında siqret çəkməyin birmənalı əleyhinə olduğunu bildirib:
"Əlbəttə ki, siqaret çəkilməsinin əleyhinəyəm. Birinci növbədə siqaret qadının öz sağlamlığına, bununla yanaşı həm də dünyaya gətirəcəyi övladının sağlamalığına zərərdir. İknicisi isə mən siqareti milli mentalitetimizə, dəyərlərimizə uyğun görmürəm. Və heç kimə də siqaret çəkməyi məsləhət etməzdim”.
Hüquq müdafiəçisi, həm də cəmiyyətdə fəal bir qadın olaraq tanınan Novella Cəfəroğlu Modern.az-a açıqlamasında bildirib ki, uzun illərdir siqaret çəkməsinə baxmayaraq heç kimə siqaret çəkməyi məsləhət görmür: "Qətiyyən, xüsusilə cavanlara siqaret çəkməyi məsləhət görmürəm. Çünki hazırda onun fəsadları mənim səhhətimdə özünü göstərir. Həm tez qocalacaqlar, həm də üzlərində qırışlar əmələ gələcək. Xüsusilə ağciyərlərdə böyük problemlər, immun çatışmazlığı yaradır. Düşünürəm ki, cinsindən asılı olmayaraq hər kəsə siqaret çəkmək yasaqdır, xüsusilə zərif cinsin nüamyəndələrinə. Həqiqətən də yaxşı vərdiş deyil. Bir neçə dəfə istmişəm ki, tərgidim, amma alınmır. Onu da deyim ki, siqaretsiz qala bilirəm. Bir ay xəstə olduğum müddətdə dilimə də vurmadım, yəni siqaretsiz dözə bilirəm, amma atmağı bacarmıram. Yalnız onu deyə bilərəm ki, iradəsi möhkəm olanlar çox asanlıqla ata bilərlər”.
Millət vəkili Məlahət İbrahimqızı isə ümumiyyətlə, siqaretə qarşı "allergiya”sı olduğunu dilə gətitib: "Mənim tibbi nöqteyi nəzərdən deyil, psixoloji nöqteyi-nəzərdən siqaretə qarşı "allergiyam” var. İstər qadın, istər kişi, istər cavan, istər qoca, siqaret çəkənlərə qarşı kəskin münasibətdəyəm. Heç cür siqaret çəkilməsinə bəraət qazandıra bilmirəm. Kim nə cür əsas gətirərsə belə, mən onu qəbul etmirəm. İnsan bilə-bilə zəhəri qanına doldurursa, bu, normal qəbul edilə bilməz. Ümumiyyətlə, ətrafımda siqaret çəkən xanımlar da yoxdur. Azərbaycanda hələ sovet dövründən formalaşan çox gözəl bir ənənə var ki, qadınların siqaret çəkməsinə çox pis baxılır, mən də elə bu qəbildən olan insanlar sırasındayam.
Hesab edirəm ki, heç bir qadından siqaret qoxusu gəlməməlidir. Təkcə sağlamlıq nöqteyi-nəzərdən deyil, həm də gözəllik, etik baxımdan bunu yolverilməz hesab edirəm”.
Təəssüf ki, siqaretin zərərləri barədə nə qədər yazılsa, nə qədər maariflənmə işləri aparılsa da bir çox qadınlar arıqlamaq, bəziləri müstəqil və ya cazibədar görünmək üçün siqaret çəkməyə başlayır. Əslində isə SİQARET potensial ÖLÜMDÜR.
Gülşən RAUFQIZIскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!