İş yerində bitki nəyə faydalıdır?

İş yerində bitki nəyə faydalıdır?
İş Qadını - Hüquqlar
10.09.2017 90
İş yerində bitkinin olması əməyin məhsuldarlığını artırır.

Dibçəkdəki bitkilər diqqəti cəmləşdirməyə yardımçı olur, ofisdə əməyin
məhsuldarlığını 15% artırır. "Yaşıllıq” içində işləyənlər öz
həyatlarından daha çox razıdırlar.



Alimlər Böyük Britaniya və Hollandiyada iki ofisdə araşdırma aparıblar.
Araşdırma başlandıqdan üç ay sonra bitkilər qoyulmuş ofisdə əməyin
məhsuldarlığı 15% artıb.



"Bizim araşdırmamız göstərir ki, bitkilər olan ofis işçilərin həyatını
yaxşılaşdırır və iş qüvvələrini artırır”, – araşdırmanın rəhbərlərindən
biri deyib.



Digər araşdırmanın nəticələrindən bəlli olub ki, içində bitkilər olan
ofisin işçiləri daha az xəstələnirlər. Bunun izahı isə bitkinin havanı
filtrdən keçirməsi və keyfiyyətini yaxşılaşdırması ilə bağlıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!