İslamda qadın haqları

İslamda qadın haqları
İş Qadını - Hüquqlar
10.09.2017 34
Əziz möminlər!

Bildiyimiz kimi, dünya və axirət səadətini hədəf alan İslam dini cəmiyyətin təməli olan ailəni sevgi və qarşılıqlı hörmətə əsaslanan bir qurum olaraq görmüşdür. Qurani-Kərimdə bu barədə belə buyurulmuşdur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır" (Rum, 21).



İslamda ər-arvadın bir-birləri üzərində haqları vardır və bir-birləri qarşısında müəyyən vəzifələr daşıyırlar. Ailədə kişinin qadınla necə davranmalı olduğu ilə bağlı sevimli Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: "İmanı ən kamil olan mömin əxlaq baxımından ən gözəl olandır. Ən xeyirliyiniz də xanımına qarşı ən gözəl davrananınızdır".



Ailə həyatı məsələsində də ən gözəl örnəyi təşkil edən Peyğəmbərimiz (s.ə.s.) heç bir zaman xanımlarına qarşı sərt münasibət göstərməmiş və onlarla daima xoş davranaraq, hər birinə şəfqətlə münasibət göstərmişdir.



Hörmətli müsəlmanlar!

Qadınlar Uca Allahın bizə əmanətləridir. Buna görə də bu əmanəti qorumaq hər bir kişinin vəzifəsi və borcudur. Necə ki, sevimli Peyğəmbərimiz (s.ə.s.) də Vida xütbəsində "Qadınlar sizə Allahın bir əmanətidir" deyə buyurmuşdur.



İslamiyyət qadına xüsusi önəm vermiş və cəmiyyətdə qadının rolunu yüksək dəyərləndirmişdir. Qadın insanı dünyaya gətirən və yetişdirən möhtərəm bir varlıqdır. Onun qəlbi, sevgi ilə ilmək ilmək toxunmalıdır ki, uşaqlarını o sevgiylə qorusun, böyütsün və cəmiyyətə faydalı insanlar edə bilsin. Bu baxımdan qadın ailənin və bilavasitə cəmiyyətin təməl daşıdır. Onun mükəmməlliyi cəmiyyətin mükəmməlliyi deməkdir.



Dinimiz ata-anaya gələcəyin anaları olmaları baxımından qız uşağının tərbiyəsi üzərində xüsusi həssaslıqla və sevgiylə dayanmağı tövsiyə edir. Qız uşağını baxıb böyüdənə və onu gözəl şəkildə tərbiyə edənə cənnət, həm də cənnətdə ən gözəl məqam, Rəsulullaha qonşu olmaq məqamı vəd edilməkdədir (Riyazu's-Salihin, c.1/270).



Əziz müsəlmanlar!

İslamda qadın İslam düşmənlərinin iddia etdikləri kimi, şəxsiyyəti olmayan, bu səbəbdən də ərinə tabe olmaq məcburiyyətində qalan, özünü idarə etməyi bacarmayan, ağlı inkişaf etməmiş bir varlıq deyildir. Əksinə, mehr istəmə və mülkə sahib olma haqqına sahib, şəxsiyyətli bir varlıqdır. İslamiyyət ərinə itaət edən, onunla yaxşı yola gedən bir xanımın Allahın rizasına da nail olacağını mücdələmiş və ona layiq olduğu yüksək dəyəri vermişdir.



Xütbəmizi Rəbbimizin bu bəyanı ilə bitirək: "Onlar sizin, siz də onların libasısınız… Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da kişilər üzərndə hüquqları vardır…" (Bəqərə, 187 və 228). Beləcə Uca Allah qadının kişi ilə qarşılıqlı məsuliyyətini bəyan etmişdir. Həqiqi rahatlıq və səadət isə, şübhəsiz ki, Allah və Rəsulunun əmr və tövsiyələrinə uymaqla mümkündür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!