Mükəmməlliyyətçi insanlar

Mükəmməlliyyətçi insanlar
İş Qadını - Hüquqlar
10.09.2017 22
Mükəmməlliyyətçi kəslərin yaxın əlaqələrdə gözləntiləri yüksək olduğu üçün tez-tez xəyal qırıqlığı yaşayırlar.



İş həyatında çox məsuliyyət boynuna götürdükləri və həddindən artıq çalışdıqları üçün ailələrinə kifayət qədər zaman ayırmır və problemlər yaşayırlar. Belə insanlar ən kiçik bir tənqidə görə belə pis olur və günlərlə bu haqda düşünürlər. Müvəffəqiyyətsizlik zamanı çox asan depressiyaya girirlər. Çox mübahisə edirlər. Riskə getməyi sevmədiklərindən risk tələb edən vəzifələrdən qaçırlar.



Mükəmməlliyyətçilik dediyimiz şey nədir?  

Mükəmməlliyətçilik qüsursuzluğa çatmaq üçün səy göstərməkdir. İdeala çatmağa çalışmaq, heç bir səhvə yol verməməyi arzulamaqdır. Bu cür insanların yüksək hədəfləri olur. Bu hədəflərə çatmaq üçün həddindən artıq səy göstərirlər. Çata bilmədikləri zaman böyük bir xəyal qırıqlığı yaşayırlar.



Daha çox qadınlar, yoxsa kişilər mükəmməlliyyətçi olur?

Qadınlarda kişilərdən daha çox rast gəlinir.



Ailədə bu cür insanların olması ailənin digər üzvlərinə təsir edirmi? Valideynlərin mükəmməlliyyətçi yanaşmaları təsir göstərir. Uşaq ana və atadan biri mükəmməlliyyətçi olduğu zaman onu təqlid edə bilər. Bundan əlavə, uşağı həddindən artıq sıxan və təzyiq göstərən ailələrdə də zaman keçdikcə mükəmməlliyətçi bir övlad formalaşır. Uşağın ana və atası tərəfindən təriflənməsi onun özünü rahat və güvəndə hiss etməyinə səbəb olur. Valideynləri tərəfindən səhvləri, əskikləri davamlı olaraq gündəmə gətirilən uşaqlar çatışmazlıq duyğularını aşa bilmək üçün qüsursuz olmağa səy göstərirlər.



Həddindən artıq tənqid hədəfi olan insanların mükəmməlliyətçiyə çevrilmə ehtimalı varmı? Davamlı tənqid olunan insanlar özləri ilə əlaqədar həqiqi sərhədlərə sahib deyillər Tənqid çox olduğu zaman nəyi yaxşı edib, harada çətinlik çəkdiklərini, harada dayanmaları gərəkdiyini və nə vaxt dəstəyə ehtiyac duyduqlarını ayıra bilmirlər. Tənqid olunmamaq üçün daha qüsursuz davranmağa çalışırlar.



Mükəmməlliyyətçi insanların bu cür olmalarına səbəb özgüvən əskikliyi ola bilərmi? Bu cür insanların özünə inam duyğusu müvəffəqiyyətləri ilə düz mütənasibdir. Müvəffəqiyyətli olduqları zaman özlərini güvənli hiss edirlər. Müvəffəqiyyətsiz olduqlarında isə güvən duyğusu dərindən sarsılır. Müvəffəqiyyətli olmaq üçün yeni hədəflər seçməyə və onu ən yaxşı şəkildə həyata keçirməyə çalışırlar.



Mükəmməlliyyətçi insanlar ən çox nədə problem yaşayırlar?

Xüsusilə yaxın insanlarla münasibətlərdə gözləntiləri yüksək olduğu üçün tez xəyal qırıqlığına uğrayırlar. İş həyatında çox işlədikləri üçün daim məsuliyyəti öz boyunlarına götürürlər. Bu da özlərinə və ailələrinə kifayət qədər zaman ayırmamalarına səbəb olur. Ailə daxili problemlərə və həddindən artıq yorğunluğa səbəb olur.

Öz düşüncələrinə uyğun davranılmasını gözlədikləri üçün bu belə olmadıqda insanlarla mübahisə edirlər. Adətən dürüst olmaq üçün, özlərinə aid heç bir şeyi gizlətmirlər. 'Bunları bil, məni belə qəbul edirsənsə et" mesajı verməyə çalışırlar. Bu şəkildə qarşısındakı insanla problem yaşamağın qarşısını aldıqlarına inanırlar. Eyni dürüstlüyü qarşısındakı insanlardan da gözləyir və dürüst olmaq üçün onlara daim təzyiq göstərirlər.



Evliliyə necə təsir göstərir?

Yaxşı bir həyat yoldaşı olmaq və ideal bir ailə anlayışı insanın problemləri görməməzlikdən gəlməsinə səbəb olur. Limitlərini zorlayır, lakin bunun fərqinə varmır. Bir müddət sonra isə yorğunluq, bezginlik və bədbəxtlik yaşanır. Eyni vəziyyət uşaqlarla əlaqələrində də mövcuddur. Onun fikrincə övladı sakit, söz dinləyən, problem yaratmayan və müvəffəqiyyətli olmalıdır. Öz zehinində formalaşdırdığı uşaqla, realda mövcud olan fərqli olduqda özü nələrisə dəyişməyə və müdaxilə etməyə başlayır.



Mükəmməlliyyətçilik müalicə tələb edirmi?  

Mükəmməlliyyətçi insanın gündəlik həyata uyğunlaşmasını çətinləşdirən bir tərəfi vardır. Bu baxımdan müalicə lazımdır. Uyğunlaşmasız mükəmməlliyyətçilik depressiya, qidalanmada pozuntular, əsəb, insanlarla münasibətlərdə müxtəlif problemlər yaradır.



Müalicəyə cavab verirmi?  

Müalicəyə çətinliklə uyğunlaşırlar. Adətən tez-tez terapist dəyişirlər. Bunun üçün hər zaman özlərinə xas bir səbəbləri olur. Problemin özlərindən qaynaqlandığını görməkdə çətinlik çəkirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!