İşdə və məktəbdə müvəffəqiyyətli olmanın qızıl qaydaları

İşdə və məktəbdə müvəffəqiyyətli olmanın qızıl qaydaları
İş Qadını - Hüquqlar
10.09.2017 19
İşdə, dərsdə və məktəbdə səmərəli iş texnikaları



1. Özünüzə hər gün çalışmaq üçün müəyyən bir zaman təyin edin və buna görə gündəlik bir plan hazırlayın. Planlı olmaq, işlərinizi gecikdirmənizi və yayınmanıza mane olar. Həftəlik məktəbdən evə gəldikdən sonra, yatana qədər neçə saatınız olduğunu hesablayın. Məsələn; 6 saatınız varsa, bunun 1 saatını istirahət, 1 saatını yemək-içməyə, 2-3 saatını dərs (və ya işə) (verəcəyiniz fasilələri də nəzərə alın), geri qalanını da müxtəlif fəaliyyətləri həyata keçirmək (TV izləmək, kitab oxumaq, gəzməyə getmək, ailəvi vaxt keçirmək və s.) üçün özünüzə ayıra bilərsiniz.



2. İş əsnasında da şübhəsiz ki, ara verməlisiniz. Məsələn, 40 dəqiqə işləyib, 10 dəqiqə ara vermək çox daha məhsuldar olmanızı təmin edər. Bu kiçik aralarda gərnəşmə hərəkətləri edə bilər, evin içində gəzişə bilərsiniz, pəncərədən hava ala və ya bir boşqab meyvə yeyə bilərsiniz. Əhəmiyyətli olan yerinizdən qalxıb, bədəni hərəkət etdirməkdir. Lakin əsla televiziya başına keçmək, telefonla oynamaq və ya kompüteri açmaq kimi bir səhvə yol verməyin. Bunlar sizi planladığınızdan çox daha uzun bir müddət əyləndirər.



3. Dərs işinin ən məhsuldar şəkli, bu sıranı pozmamaqdır: Gündəlik təkrarlar - Verilən tapşırıqları yerinə yetirmək - Sonrakı mövzuya hazırlanmaq...



4. Əgər bir oxuma borcunuz varsa və ya sonrakı mövzuya hazırlıq etmək üçün müəyyən bir bölüm oxumanız lazımdırsa, bir dəfədə oxuyub buraxmayın. Bəzi nöqtələri anlamaq üçün bir dəfədən çox oxumanız lazımdır. Müəllimlər belə mövzuya hazırlanmaq üçün bəzi nöqtələri təkrar-təkrar gözdən keçirməyi lazım bilirlər. Oxuduqdan sonra özünüzə mövzu üzərində düşünmək və anlamaq üçün də zaman ayırın. Beləcə sinifdə çox fəal və soruşulan suallara daha hazırlıqlı olarsınız.



5. Hansı dərsə (işə) başlasanız başlayın, bir əvvəlki mövzunu təkrar etmək üçün ən azından 10 dəqiqənizi ayırın. Bu vərdiş, məlumatların yaddaşınızda daha uzun müddət qalmasını və imtahan əvvəlindəki axşam, qısa müddətdə daha məhsuldar işi görmənizi təmin edər. Onsuz da müəyyən bir proqram daxilində çalışırsınızsa, imtahan əvvəlindəki axşam,həyəcanlanmaq kimi bir dərdiniz olmayacaq.



6. Rəqəmli bir dərsinizi hazırladıqdan sonra, təkrar ədədi bir dərslə davam etməyin. Şifahi bir dərsə keçin və ya bir oxumalı dərsiniz varsa bunu edin.



7. Xatırlamaqda çətinlik çəkdiyiniz nöqtələr varsa, bunları qeyd edin və görə biləcəyiniz bir yerdə saxlayın.



8. Bir mövzunu anlamaq üçün şəkillər, cədvəllər və rəqəmlərlə işləmək sizə çətin gələ bilər. Məsələn, tarix dərsinə hazırlaşarkən, başa düşəcəyiniz şəkildə bir xrolonoji siyahı hazırlamaq çox işinizə yaraya bilər.



9. Bir mövzunu yaxşı anlamısınızsa, evdəkilərə və ya sinif (iş) yoldaşlarınıza müzakirə edin. Başqaları ilə müzakirə etdiyimiz və onlara öyrəndiyimiz mövzular, yaddaşımızda çox uzun müddət qalar.



10. Ac olarkən ya da yeni yemək yedikdən sonra işə başlamayın. Eyni şəkildə, yorğun və yuxusuz olarkən də çalışmaq, sizə heç bir fayda verməyəcəkdir.



11.İşlədiyiniz mühitdə televiziya, kompüter və telefon kimi alətlərin olması diqqətinizi dağıdacaqdır. Mümkünsə bu alətlərdən uzaq və gurultusuz bir mühitdə, masa başında rahat bir kürsüdə oturaraq işləmək ən idealıdır. Mühitin, həddindən artıq soyuq olmaması, lazım olduğundan çox, həddindən artıq isti də olmamalıdır. iş və dərs həyatınızda sizə uğurlar...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!