Qadınlarla bağlı cinayətlər haqqında

Qadınlarla bağlı cinayətlər haqqında
İş Qadını - Hüquqlar
10.09.2017 20
Qanunlar ağır cəzaların tətbiqinə imkan verərsə, cinayətin qarşısını ala bilərmi? Təəssüf ki, əsrlər boyu davam edən bu səhv düşüncə günümüzə qədər gəlib çıxmış və bu gün də qadını insan kimi yox, kişinin əmlakı olaraq görən düşüncə sahibləri qalmaqdadır. Cinayətlərin əsl səbəbləri nələrdir? Onu törədənlərin ən ağır cəzaya- güllələnməyə, dar ağaçından asılmağa məhkum edilməsi, doğrudanmı, digər çinayətlərin aradan qalxmasına kömək edəcəkdir?! Əlbəttə ki, yox!

Əgər bir cəmiyyətdə cəhalət varsa, cinayətlər bitməz! Məşhur filosof Zeydan "Əxlaqın çoxaldığı yerdə dövlətin xərci azalır"- deyəndə, necə də haqlı fikir söyləmişdir.

Bir yerdə ki cəhalət hökm sürür, bir yerdə ki əxlaqsızlıq baş alıb gedir və şiddətə məruz qalan qadınlar savadlı deyillər, vəziyyət daha da gərginləşir, onlar heç olmasa özlərini belə müdafiə edə bilmirlər.

Öz hüquqlarını qoruya bilmədikləri üçün də gələcəkdə daha böyük cinayət və şiddətlərə boyun əyirlər.



Nə öz haqqlarını bilir, nə də həmcinslərinə tərəfdar ola bilirlər, onları düşündürən fikir də yalnız budur ki, xoşbəxt olmayan qadın xoşbəxtliyə işıq tuta bilməz.



Amma qadın həqiqətdə daha ağıllıdır, yalnız düşdüyü mühit qadını təzyiqlər və haqqı olmayan bir insan halına gətirər. Mən fikirlərimi bunları yaşamış birinin dilindən daha aydın ifadə etmək istəyirəm:

Orta məktəbi yarımçıq saxlayıb evləndirildim, həyat boyu bunun ağrısını yaşadım, lakin oxumağı heç buraxmadım, amma yazı yazmağı unutdum, kənddən şəhərə yeni köçdüyümüz illərdə çəkdiyim çətinlikləri sözlə ifadə etmək çox çətindir, getdiyim rəsmi yerlərdə əlimi alovlandıran yazıları oxuyub, imza ata bilmirdim və çox utanırdım, yazım pis idi...

Oxumuş insanlara qibtəylə baxırdım, onları özümdən çox üstün olaraq görürdüm. Onlar kimi olmaq üçün nələr verməzdim, savadsız qalmağımın günahkarı mən deyildim, amma özümü daima günahkar və əzik hiss etdim... Günahkar mən olduğumu zənn edərək illərcə utancaqlıq və əskiklik içində yaşadım. Tanrıma şükürlər olsun, o gün gəldi ki, bir kompüter sahibi oldum, uşaqlarımı izlədim, ondan istifadə qaydalarına yiyələndim, bir az da onlardan kömək aldım, illər boyunca dəftərlərə köçürdüyüm şeirlərimi üzə çıxardım, əskiklərini tamamladım, indi gəldiyim nöqtədə məktəbə getməməyimin ağrısını yox etdim və öz üzərimdə işləyərək müvəffəqiyyətli olmağı bacardım, nəhayət, mən uğur qazandım.



Uşaqlığımdan başlayan oxumaq sevgisi, bir gün də qarşıma "kitab yazmalıyam" məqsədi qoymağıma səbəb oldu: xəyal qurmağıma səbəb oldu ki, həyat hekayəmi yazmalıydım, 4 dəfə yazdım və hər dəfə başqa bir yazı çıxdı ortaya. Keçmişimdən xilas oldum, dünyagörüşüm dəyişdi, duyğuları və düşüncələri fərqli bir insana çevrildim. Bildiklərimi hər vaxt yazıb paylaşıram və özümü çox şanslı sayıram, özümü gözlədiyimdən daha yaxşı gördüyümə inanıram. Öyrənməyin əsla sərhədi ola bilməz, hədəfim daha da irəli səviyyələrə çatmaqdır, özümə söz verirəm. Lakin ədəbiyyat oxuma şansım olsaydı, indi müvəffəqiyyətli bir sənətçi ola bilərdim deyə düşünmürəm, heç düşünən də deyiləm.



Qadınlar ağıllıdır, onlara imkan verilməlidir. Bu cəmiyyətin memarı qadınlardır, cahil qalmış bir qadının yetişdirdiyi kişilər alimlik səviyyəsinə əsla çata bilməz, həmişə cahil qalarlar. Qızlar analarını nümunə götürər. Cahil kişi şiddət etməlidir, döyməkdən və öldürməkdən heç çəkinməz...



Qadın insanın o biri yarısıdır, kişinin köləsi deyil, nə olsun ki, fiziki olaraq bir az gücsüzdür, ağılı ki kişidən aşağı deyil. Unudulmamalıdır və bu, bir həqəqətdr ki, bu cəmiyyətdə cəhalətin əsarətindən qadınların hamısı nə vaxt xilas olacaq, problem yalnız o vaxt ortadan qalxacaqdır. Qadının şəxsiyyət azadlığı olmalı, yalnız bəzilərinin qızı, arvadı, sevgilisi, anası deyil, həm də azad fərdlər olmalı, həyatları ilə çox mühüm qərarları özləri verməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!