İşləyən ana olmağın 8 qızıl qaydası

İşləyən ana olmağın 8 qızıl qaydası
İş Qadını - Hüquqlar
10.09.2017 4
Qadınların ana, iş qadını, həyat yoldaşı kimi bir çox vəzifələri var.

 

"Ana, qadın, işkadını,həyat yoldaşı kimi bu qədər kimliyin arasında, hansına üstünlük verməliyik? İşləyən bir qadının uşağı varsa, ağlı evdə qalır və vicdanı ağrıyır.

 

Evə gələndə uşaqları ilə oynayarkən; Müdiri yada müştəri zəng edəndə, bu dəfə də işdəki məsuliyyətlərini düşünür,yenə kədərlənir və əsəbi vəziyyət alır.

 

Bu dövranda, iş-ev və vəzifələrimiz arasında apardığımız davamlı "get -gəllərdə həyatı qaçırdığımızı düşünərik və bu səbəbdən depressiyaya girərik.

 

Bəs, bütün bu məhsuldarlığımız və vəzifələrimiz arasında həyatımızdakı xoşbəxtlik və əmin-amanlıq tarazlığını necə tapa bilərik.

 

İş və yaşam tarazlığını qurmağın  8 qızıl qaydası:

 

1- Əvvəl, həyatınızdakı prioritetlər sırasında, neçənci sırada olduğunuzu özünüzdən soruşun. Əgər özünüzü sonuncu sırada görürsünüzsə, xahiş edirik, özünüzü birinci sıraya alın. Bilin, siz varsınızsa dünyanız var. Özünü işıqlandırmayan bir şam, heç bir yeri işıqlandırmayacaq.

 

2- İşiniz, eviniz arasına kiçik fasilələr və bəhanələr yerləşdirin. Özünüzü xoşbəxt edəcək kiçik qəhvə fasiləsi vermək yada bir yoldaşınızla söhbət etmək, gəzmək, idman etmək kimi özünüzü xoşbəxt edəcək  kiçik mükafatlarınız olsun. Beləliklə, bədəninizdəki serotonin və endorfin artacaqdır və evdə, iş yerində, özünüzə və hər şeyə qarşı daha səmərəli, enerjili və səbrli olacaqsınız.

 

3- Qadın şəxsiyyətinizə sahib olun. Enerjinizi qoruyun.

 

4- Evdəki işlərdə isə yoldaşınız və uşaqlarınız arasında vəzifə bölgüsü aparın. Eyni dam altında öhdəliklərinizi bölüşün.

 

5- Mütləq, bir hobbiniz olsun

 

6- Tək qalmaq üçün xüsusi vaxtlarınız olsun.

 

7-Duyğularınızı yaza biləcək dəftəriniz olsun.



8- Unutmayın, siz robot deyilsiniz! Özünüzü hər şey üçün həlak etməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!