Hamilə qadınların məzuniyyət və müavinət almaq hüququ var

Hamilə qadınların məzuniyyət və müavinət almaq hüququ var
İş Qadını - Hüquqlar
10.09.2017 72
Dövlət Sosial Müdafiə Fondunun Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimovun sözlərinə görə, qadınların hamiləliyə və doğuşa görə müavinət almaq hüququ var: "Bu müavinəti almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hamiləliyə və doğuşa görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuşa görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır”.



Məzuniyyət günlərinin sayına gəlincə isə Qədimov bildirib ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir: "Bunun 70 günü doğuşdan əvvələ, 56 günü isə doğuşdan sonrakı günlərə düşür. Doğuş çətin olarsa, iki və ya daha çox uşaq doğularsa, doğuşdan sonrakı məzuniyyət 70 gün olur”.



Şöbə müdiri qeyd edib ki, uşaq salmağa görə də müavinət verilir. Hamiləliyə və doğuşa görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur: "Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. Hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir. Bu zaman müavinət hamiləliyə və doğuşa görə məzuniyyətin bütün dövrünə düşən iş günlərinə nəzərən hesablanır”.



Yalnız hamiləliyə görə deyil, 2 aylığadək uşağı övladlığa götürənlər də 56 günlük məzuniyyətdən istifadə etmək hüququna malikdirlər. Lakin həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuşa görə müavinət verilmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!