Qadın və karyera

Qadın və karyera
İş Qadını - Hüquqlar
10.09.2017 17
"Qadın ve Karyera” nədənsə Azərbaycanda bu sözlər çoxları üçün qorxunc görünür,xüsusi ilə kişilər üçün. Düşünürlər ki, qadına ənənəvi "mətbəxt və məişət qayğıları” sxemi üzrə baxmaq lazımdır. Qadında kişinin etdiyi işləri görə bilərmi və intellektdə,məqsədə çatmaqda və pul qazanmaqda kişilərlə eyni hüquqlara malikdirlərmi? Karyera ilə ənənəvi qadın vəzifəsini-uşaq böyütməyi necə uyğunlaşdırmaq olar? "İş yoxsa ailə” ənəvi dilemmasının müasir həlli necədir?



Bəzi peşələr qadın üçün arzuolunandır. Bəlkədə bu peşələrə qadınlar əvvəldən üstünlük verdiyindən, ənənəvi olaraq bu peşələr qadın peşələri hesab edilir (müəllimə,tibb bacısı,katibə v.s.).



Lakin son zamanlar qadınlar heç də kişilərdən geri qalmayaraq, əvvəllər ənənəvi hesab edilən və fiziki qüvvə, dözüm tələb edən kişi peşələrinə də uğurla yiyələnirlər. Hazırda qadınlar arasında çoxlu cərrahlar,diş həkimləri, sürücülər, menecerlər,dizaynerlər vardır. İndi qadınlar nəinki biznesdə,siyasətdə də özlərini doğrultmuşlar. İndira Qandi, Marqaret Tetçer, Hillari Klinton,Madlen Olbrayt və başqaları bunu dəfələrlə subut etmişlər.



Qadınlar kişilərlə rəqabətdə istedad,eneji,peşəkarlıq parametrlərinə görə daha ön mövqələri tutur. Əmək bazarı dəyişmişdir-yaş,cins əlamətləri artıq ikinci plana keçir,birinci yeri istedad,intizam,məsuliyyət,ünsiyyət,davranış tutmağa başlayır. Müasir işəgötürənlər kadrları seçərkən,ilk növbədə,ali təhsilli,iş təcrübəsi olan,zərərli vərdişlərdən uzaq olan intizamlı işcilərə üstünlük verirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!