Ay Allah, bu müdirdən 5 dənə ver...

Ay Allah, bu müdirdən 5 dənə ver...
İş Qadını - Hüquqlar
10.09.2017 4
Biri şirkətin gəlirini işçilərlə bölür, o biri ən bahalı tətillərə zorla göndərir... Dünyanın ən səxavətli müdirləri və onların çılğın jestləri



Nevzat Aydının Türkiyə mətbuatına verdiyi müsahibə ciddi rezonans doğurub. Məlumdur ki, adam öz müsahibəsində necə səxavətli olduğunu açıqlayıb: ”Şirkətin satışından gələn 27 milyon dolları 114 işçimiz arasında bölüşdürdük".

 

Biz Azərbaycanda belə şirkət rəhbərləri ilə qarşılaşmamışıq. Amma iş dünyası olduqca səxavətli olan rəhbərlərlə tanışdır. O siyahıya nəzər salaq və "nə üçün mənim müdirim elə deyil” sualını özümüzə verək... 9 böyük insan... Etdiklərinə və səxavətləri, anlayışları ilə insanları necə təəccübləndirdiklərinə baxaq.

 

Öz məvacibindən vaz keçən müdir

 ABŞ-da, «Seattle»da Gravity adlı bir texnologiya şirkətinin qurucusu və rəhbəri olan Dan Price insan qaynaqları departamentindən gələn "işçilərin bədbəxt olması ilə bağlı” analiz sənədi ilə tanış olandan sonra unikal addım atıb. O, öz məvacibini haradasa sıfıra qədər azaldıb və hər kəsə yüzdə 400-ə qədər məvacib artımı edib. Pricenin bu radikal qərarı nəticəsində şirkətdəki ən aşağı məvacib isə aylıq 18 min, illik 70 min dollar oldu.

"İndi ofisi tərk edib, dərhal istirahətə çıxın”

 

FullContact şirkətinin rəhbəri Bart Lorant isə hər kəsi istirahətə çıxmağa məcbur edir və bunun üçün işçilərinə hər il məvacib xaricində 7 min 500 dollar ödəyir. Amma iki şərti var: birincisi bu tətil, həqiqətən də, yaxşı bir tətil olacaq və işçilər yaxşı tətil keçirdiklərini sübut edəcəklər. İkincisi də, iki həftə boyunca bir dənə də elektron məktuba cavab verməməli, şirkətdən heç kimlə əlaqə qurmamalıdılar. Lorant bir müsahibəsində aşağıdakıları deyib: "Bunu işçilərimin xoşbəxtliyi üçün yox, işimin uğuru üçün etdim. Və gözlədiyim nəticəni də aldım”.

 

"Lazım olmadıqca ofisə getmək qadağandır

Hər şeyi başlayan əslində NetflixE Dijital yayıncılığın lider firması, şirkətin bütün siyasətini "ofissizlik” və "iclassızlıq” üzərində qurub. Bunun ardınca media dünyasının başqa bir nəhəngi olan Virgin Group’un rəhbəri Riçard Branson işçilərinə ofisə gəlməyi qadağan edib. , bildirib ki, təcili bir vəziyyət olmadığı halda, iclas keçirməyəcək və işçilərini də bir araya gətirməyəcək. Hazırda Virgin Group şirkəti işçilərinin 80 faizi evdən işləyir.

 

6 400 nəfər işçisi ilə Fransaya uçub

"Tiens Group Company”nin sahibi, məşhur çinli milyarder Li Jinyuan şirkətinin 6 min 400 nəfər işçisi ilə birlikdə eyni anda Fransaya tətilə gedib. Məşhur iş adamının bu səxavətinə isə şirkətin quruluşunun 20-ci ildönümü səbəb olub. Maraqlıdır ki, 6 min 400 nəfər işçinin Fransa və Monakko tətilinin maliyyəti 15 milyon dollar olub.

 

1700 işçisi ilə gəmiyə minib getdi...

Başqa bir toplu tətil həvəskarı isə məşhur televiziyaçı Oprah Vinfreydir. O isə şirkətin yox, özünün 55-ci ad günündə 15 günlük bir Ağdəniz turu təşkil edib və 1700 işçisini də özü ilə aparıb. Nəhəng bir gəmi ilə Türkiyədən İspaniyaya bütün Ağdəniz sahillərini dolaşan heyətin tək bir əməkdaşının tətilinin maliyyəsi isə 7 min dollar olub.

 

"Təhsil xərcləri məndən...”

"Boxed” adlı oyun şirkətinin rəhbəri Chieh Huangın addımı isə olduqca fərqli olub. Belə ki, o,  işçilərinin daha çox öz uşaqlarının gələcəyi ilə bağlı narahatçılıq keçirdiyini hiss edib. Günlərin bir günü o, 1222 işçisinə heç gözləmədikləri bir anda bu açıqlamanı verib: "Neçə uşağınızın olmasının və onların xərclərinin nə qədər olmasının heç bir önəmi yoxdur. Onların bütün universitet xərcləri mənim üzərimdədir”.

Huang məhz bu hərəkətinə görə 2015-ci ilin ən yaxşı müdiri seçilib.



"100 milyon dolları bölüşün”

Single Platform adlı start-upın qurucusu və rəhbəri Viley Cerilli isə şirkətini sıfırdan qurub, 100 milyon dollara satıb. Özü heç bir pul almadan, bu məbləği işçiləri arasında bölüşdürüb. Bölmə zamanı işçilərin iş stajı, performansları da nəzərə alınıb. Maraqlıdır ki, ən yüksək məbləğ 1 milyon dollar, ən aşağısı isə 10 min dollar olub.

 

"Hər kəsə məndən ev, maşın, almaz...”

Almaz taxanların dünyanın ən varlı adamları, onu çıxaranların isə ən kasıb olmaları iqtisadi ədalətsizliyin ən böyük simvollarından biri sayılır. Ancaq Divalidə vəziyyət fərqlidir. Almaz şirkəti Divali bütün işçilərinə lotoreya ilə 570 maşın, 200 ev və 300-dən çox almazdan hazırlanmış ləl-cəvahirat hədiyyə edib. Üstəlik, bunun üçün xüsusi bir səbəb də olmayıb.

Hər şey pul, tətil deyil hər halda. Önəmli olan niyyətdir. Kiçik bir texnoloji şirkətin qurucusu olan Dan Rice və heyəti bir  Game of Thrones azarkeşi idi. Həm özünün, həm də heyətinin bu aludəçiliyini görüb, o, bazar ertəsi günü yayımlanan verilişi izləmək üçün ildə 10 gün (10 bölüm üçün) işə gəlməyi qadağan edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!