"Azad qadın" və "itirilən papaq"

İş Qadını - Hüquqlar
10.09.2017 5
Yəgin ki, çoxunuz "Nizami" metrostansiyasının qarşısında ucaldılan heykəli görmüsünüz: başından çadrasını atan, bədənin əzalarını qabarıq şəkildə nümayiş etdirən və bununla da fəxr edən, Azərbaycanlı qadınını təmsil edən "Azad qadın" heykəli. Bu daş qadınla ilk tanışlığım məktəb illərində ağlımın yenicə kəsdiyi illərdə olub. Atamın əlindən tutub, o zaman mənə çox hündür görünən "soyunan qadının" yanından keçəndə ixtiyarsız içimdə bir nifrət yarandı bu daş qadına qarşı... O vaxtlar hələ İslam, din anlayışım yox idi, amma dərk edə bilmədim ki, soyunan qadına heykəl qoyularmı?! Axı mən belə görmüşəm ki, "ağıllı" qız heç corabını da atasının yanında geyinməz. Bəs bu nədir?! İsmət, namus idealı kimi gördüyüm anama bənzəyən qadın, küçənin ortasında, hündür bir yerdə hamının gözü önündə soyunur?! Uşaq ağlımda bu daş qadına qarşı olan hisslərim belə oldu...



Bir az da Azərbaycan qadınını soyunan şəkildə təsvir etməyə layiq görənlər barədə...



Heykəl 1960-cı ildə tanınmış heykəltaraş Fuad Əbdürrəhmanov və memar  Mikayıl Hüseynov tərəfindən hazırlanıb. Heykəltəraş öz "möhtəşəm" əsəri barədə : "Mən qadının əsarətdən qurtarmasını heykəldə əks etdirərək, Azərbaycan qadınının sadəcə çadranı atdığını göstərməklə kifayətlənmək fikrində deyildim, onun yeni simasının formalaşması kimi dərin bir psixoloji prosesə mürəkkəb, uzun, bəzən də əziyyətli prosesə müəyyən dərəcədə toxunmaq istərdim. " - deyib. Heykəltaraş həqiqətən də bunu bacardı, yəni Azərbaycan qadının yeni simasını formalaşdırdı, belə ki, bu yeni sima artıq Azərbaycan qadınına bənzəmir! (Müəllifin sənətkarlığına heç bir söz demirəm, yanlış anlaşılmasın, Azərbaycanlı kimi xalqımın mədəniyyətinin inkişafına yalnız sevinirəm.)



Bu heykəl bolşevik rejiminin qalığıdır və nə qədər ki, ölkədə bolşevik düşüncəli insanlar var, bu daş qadın da olacaq. Təəssüflər olsun ki, namuslu, abır-həyalı, örtülü Azırbaycan qadınını soyunduraraq "azadlıq" verdilər. Əslində isə bununla qadının özünə azadlıq yox, ona "tamaşa" etməyə azadlıq verildi... Bəs bu heykəlin Azərbaycanda nə işi var? Axı Azərbyacan qadının geyimində soyunmaq yoxdur? Bəs milli dəyərlərimiz, tariximiz deyərək şüar etdiklərimiz necə olsun? Azərbaycan xanımının milli geyimi belədirmi? O daş heykəlin üzərində, Azərbaycanı tarixnin bir hissəsindən qopardılar...



Azərbaycan qadının geyimini əlindən almaqla bir tarixin üzərindən xətt çəkildi. Tarixi olmayan xalqın vətənpərvərlikdən danışmağa haqqı varmı? Qadınını soyunduran "kişisi" olan xalqın qeyrəti olarmı? Bəlkə də elə buna görə Qarabağı "verdik" - axı vətənpərvərliyimiz natamamdır... Bəlkə elə buna görə Xocalıda qız-gəlinlərin namusuna toxunanda qeyrət çəkəcənimiz olmadı?..



Azərbaycan qadını soyunmaqla qazandımı, uduzdumu?  Bəli, Azərbaycan qadını çadrada olduğu illərdə təhsildən, inkişafdan, əllərinə fürsət düşmüş cahillər tərəfindən yayındırılırdı. Amma bunun çarəsini ən asan və ən alçaq yolla həll etdilər "qeyrətlilər": soyundurmaqla. Başqa yol yox idimi? Əlbəttə var idi, həyatın istifadə qaydası kitabında çarə var. Amma bu çarə çoxuna sərf etmirdi... İndi də etmir. Qurana uyan İslam dini yaşansaydı, hər kəs iki dünyada da məsud olardı. Azərbaycan qadınını azadlığa çıxarmaq bəhanəsi ilə beyinlər yuyuldu, qeyrət, namus da yuyldu - çünki qeyrəti olmayan xalqı yıxmaq asandır! Qadını soyundurub, "kişisinin" əlinə də mikrofon verəndən sonra xalqı yıxmağa nə var ki! Qurd ağacı içindən yediyi kimi, azad qadın və əlimikrofonlu kişilər xalqı çürüdəcəkdi onsuz da... Necə ki, indi  şahidiyik...



Azərbaycan qadınını soyundurmaqla başlanan "oyunun" nəticəsi nə oldu?



Qəlbində imansızlıq toxumu olanlar "dövlətin əmridir" deyib soyundular, ərləri etiraz edənlər, dövlətinə arxalanıb ailələrinə soyuqluq saldılar... Bəs bu gün vəziyyət necədir? Bu gün gender bərabərliyi ən aktual mövzulardan birinə çevrilib. Niyə? Məgər İslama uyan bəndənin buna ehtiyacı varmı? Bu Yaradana qarşı çıxmaq demək deyilsə, bəs nədir? "Allahın haqq dini qadını kifayət qədər qorumur" -  düşünmədən, daha doğrusu dərin düşündüyümüzü sanaraq, əslində çox səthi düşünərək bu fikir yeridilir beyinlərə və qəlblərə. Allah qadını yad gözlərdən qoruyaraq ona örtünməyi əmr etdiyi halda, bunu səhv sanıb soyunmağın doğru olduğunu, Allahın mömin xanımlara boş-boşuna evdən çıxmamağı əmri qarşısında tam əksini şüar edirik. Nəticədə, bir çox qadınlar özlərinin ehtiyacı olmadan işləmək, evdən sərbəst çıxmaq, həyat yoldaşından xəbərsiz nələri isə etmək və s. hüququ olduğunu, hətta kişilərlə eynihüquqlu olduqlarını düşüncəsiylə əməl edirlər. Həm özlərini, həm də onlara tamaşa edərək günah qazanmalarına yol açdıqları kişiləri günaha batırırlar. Ailələrinə, övladlarına kifayət qədər vaxt ayıra bilmirlər. Gənclik isə, qızlı-oğlanlı şoubiznesə can atır. Valideynlər "müasir" qızlarının yad ölkələrdə bədənlərinin gözəlliyinə verilən dəyəri alqışlayır. Televiziya ekranlarına baxmaz, küçəyə çıxmaz olduq - çünki hara baxırsan zina! Qadınlığımla bəzi qadınlara baxmağa, yanımdan keçəndə belə eyni cinsdən olduğumuza utanıram... (bu cümləni oxumaq belə qəlbimizi göynədir...)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!