Kültürsüz və təhsilsiz qadın toplumu məhv etməyə qadirdir!

Kültürsüz və təhsilsiz qadın toplumu məhv etməyə qadirdir!
İş Qadını - Hüquqlar
10.09.2017 11
Niyə həyatı tezləşdiririk?
 
Nə üçün zamanı qabaqlamağa çalışırıq,
 
saatın əqrəblərini tez-tez çevirib vaxtı irəlilətməklə yaşayırıq?
 



 
Bir insan doğuldu, bir ananın övladı dünyaya gəldi. Bu övlad
qızdırsa, zamanı lap çox darıxdırırıq. Ana qızını böyütməklə, onun
tərbiyəsi, təhsili ilə məşğul olmur, elə vaxt keçsin, 16-17 yaşına gələn
qızını evləndirsin deyə fikirləşir. Hələ uşaq vaxtlarından cehizlər
yığılır. Bahalı dəstlər, qab-qaşıq, yorğan-döşəklər hazır olur. Bircə
qalır, qızın ərə getməyi... 
 



 
Özünü anlayandan qızlar analarından "cehiz” sözünü eşidirlər, bu
sözün təsiri ilə böyüyürlər. Fikirlərinin bir nöqtəsində ərə getmək
qəlibi özünə yer açır və yaş irəlilədikcə bu qəlib yerini böyüdür. Bu
şəkildə böyüyən bir qız mütləq ərə gedəcəyinin doğrultusunda həyatının
formatını bəlirləməkdə aciz olur. Nəticədə, insan həyatının axarının
qarşısı alınır. Fikir olaraq düşündüyü bu situasiya artıq yaşamında
təzahür edir. 
 



 
Ərə getmək, ailə qurmaq çox doğal bir haldır. Amma bu düşüncəni
lap kiçik yaşlardan beyinə yeridib, həyatı bunun üzərinə odaklamaq,
yaşamın formatından uzaqlaşmağa gətirib çıxarır. Ana qızına gözəl əxlaq,
tərbiyə aşılamalı, bunun üzərində çalışmalıdır. Sonrasında yaxşı təhsil
verməli, zəka və bilgi vəhdətində dünyagörüşünün genişlənməsini
sağlamalıdır. Ona cehiz avadanlıqlarının gözəlliyindən və vacibliyindən
yox, kültür, nəzakət qurallarının önəmliliyindən bəhs etməlidir. 
 



 
Bir qıza öncə kültür, sonra təhsil gərək olan ən önəmli amildir.
 
 
 
 
Kültürsüz və təhsilsiz qadın toplumu məhv etməyə
 
qadirdir, çünki insan qadın - ana tərbiyəsindən yetişir, formalaşır. 
 



 
Zaman məfhumunun tələsdirilməsindən bəhs etdik. Ananın qızına
yalnız ərə getmək, cehiz toplamaq xüsusunda verdiyi, aşıladığı tərbiyə
yalnışdır və nəticədə, bir insan yaşamı öz cığırından çıxaraq idarə
olunmağa məhkum olur. Halbuki, insan həyatının iadrəsi insan əlində ola
bilməz. Axarı ilə yaşanılan həyat ən düzgün və uyğun olandır.
 



 
Orta məktəbi bitirən, yaxud universitet təhsili alan bir gənc
qızın beyninə "niyə evlənmirsən, evdə qalacaqsan, ərə getmək vaxtıdır”
yeritməyin, əslində, insan həyatına müdaxilə etmək olduğunun fərqində
deyilik. Həyatın qanunları onun öz idarəsindən asılıdır. Bəli, ailə
qurmaq həyat quralıdır və bunu zaman, yaşam özü cızaraq insana gətirib
çıxaracaq. Zamanı qabaqlamaq doğaya qarşı gəlməkdir ki, bu da ən böyük
yalnışlıqıdır. 
 



 
İnsan həyatı kimsədən asılı ola bilməz və müdaxilə zəminində
uçurum kənarına aparılmağa müvəffəqdir. Yaşam zamanla vəhdətdədir. Axarı
ilə yaşanılan həyat ən doğru olandır. 
 



 
Övladlarınıza evlənməli, ərə getməli olduqlarının
məcburiyyətindən bəhs etməyin. Onlar, zatən, doğallığın insana verdiyi
xüsusları müəyyən yaşa gəldiklərində anlayacaq və dərk edərək qəbul
edəcəklər.
 
 
 
 
Kiçik yaşlarından başlayaraq qızlarınıza cehiz toplamaq
aksiyasından vaz keçin, onlar üçün kitab-dərgi toplayın, bilgi verin,
təhsilə yönləndirin və gözəl bir yetişkin insan formalaşdıraraq
əsərinizi dünyaya tanıdın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!