Daha çox necə pul qazanmaq olar?

Daha çox necə pul qazanmaq olar?
İş Qadını - Hüquqlar
10.09.2017 51
Bir amerikalı media maqnatı çoxlu pul qazanmaq üsulunu yaratmışdır. O həm şəxsi həyatında, həm də biznesdə bu qaydalara riayət edirdi və nəticədə böyük həcmli kapital əldə edir. Budur onun qaydalarından bir neçəsi



İnsan istəyərsə ürəyindən keçən hər bir şeyi edə bilər, bu isə o deməkdir ki, hətta çoxlu pul qazana bilər.



Qazandığınızdan daha az xərcləmək lazımdır. Belə siz tezliklə varlanacaqsınız.



Yalnızca kiminsə sizin üçün edə bilməyəcəyi şeyi özünüz üçün edin. Əgər kimsə qalan bütün işi yerinə yetirsə sizin əsas şeyləri yerinə yetirməyə daha çox vaxtınız və enerjiniz qalacaq.



Bütün işi bu gündən yerinə yetirməyin, çünki sabah bu işin böyük hissəsini heç etməməli olduğunuzu anlaya bilərsiniz



Öz işinizdə heç kimi təkrarlamayın və heç kimin izi ilə getməyin. Özməqsədinizə doğru gedən ən yaxşı və ideal yolu seçin.



Özünüzə rəqiblər yaratmayın. Digərlərinizə uğurlarınızı öyrənmək imkanı verməyin.



Pulları insan yaradır. Axmaqlar isə iddia edirlər ki, pulları pullar yaradır.



Heç kimə nifrət etməyin, intiqam almağa çalışmayın. Çünki bu çox enerji tələb edir və nəticədə heç bir şey qazandırmır.



İnsan nə etməməli olduğunu yaxşı bilməlidir. Bunu həm öz səhvləriniz, həm də digərlərinin yol verdiyi səhvlərə baxaraq öyrənə bilərsiniz.



Kiçik gəlirlərə biganə qalmayın. Kiçik biznesdən də mənfəət qazanmağı öyrənin və belə olduqda iri həcmli, səmərəli gəlirləri də idarə etməyi öyrənəcəksiniz.



Düşünmək – insan üçün ən çətin işdir. Özünüzü gərgin işə öyrədin. İdeyalarınızı idarə edin və onları uğur əldə etməyə (pul qazanmağa) yönəldin.



Düşmənlər qazanmayacağınız şəkildə yaşayın. Müsbət enerjiyə sahib olmaq, mənfi enerjiyə sahib olmaqdan daha yaxşıdır.



Sizin qazancınız ilə yaşamağa çalışan insanların diqqətini cəlb etməmək üçün heç kimə öz zənginliyinizi bəlli etməyin.



İnsan varlı olaraq qala bilməz. O özünü zəngin etməli və gələcəkdə kapitalını artırmağa çalışmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!