Son nəticə

Son nəticə
İş Qadını - Hüquqlar
10.09.2017 18
Korporativ qonaqlığa paltar seçə-seçə iş ilinin yekununu vurmaq və karyeranın düzgün istiqamətdə irəliləyib-irəliləmədiyini qiymətləndirmək üçün hələ ki vaxtın var. Növbəti Yeni ili elə həmin kollektivdə qarşılamaq istəyib-istəmədiyini yoxlamaq istəyirsənsə, əsas 5 meyarı nəzərdən keçir.



Özünə aşağidaki sualları ver:



Nüfuz

Səni hamı sevməyə bilər, amma mütləq hörmət etməlidirlər. Özü də təkcə iş yoldaşların deyil, həm də rəhbərliyin sənin kollektivdəki rolunu anlamalıdır. Sən isə bu rola layiq olmalısan.



Səni vəzifən qane edirmi? Onu dəyişmək üçün nə etmək olar?

Sənin fikrini nəzərə alıb, mühüm müşavirələrə çağırırlarmı?

Mütəxəssis məsləhəti və ya qiyməti almaq üçün sənə müraciət edirlərmi?



Maraq

Özünü realizə bəzən maaşın miqdarından daha vacib olur. Darıxdırıcı iş isə boşuna xərclənən vaxtdır.

İl ərzində nələri öyrəndin? Yeni ildə nələri mənimsəmək istəyirsən?

Hansı mükafat və premiyalar nəzərdə tutulub, hansı peşəkar müsabiqələrdə iştirak edə bilərsən?

Vacib işlə məşğul olduğunu hiss edirsənmi? Nailiyyətlərinlə qürurlanırsan? Yaxınlarına işin haqqında danışırsan?



Həzz

Həyat xırdalıqlardan ibarətdir, yaxşı qəhvə hazırlayan maşın isə bəzən çoxlarını böyük qəhrəmanlıqlara sövq edib.

İş yoldaşlarınla ünsiyyətdən xoşun gəlir? Şirkət işçilər üçün hər hansı tədbirlər təşkil edirmi?

Hər gün ofisə gəlmək xoşuna gəlirmi?

Sənin iş yerin rahatdırmı? Əgər yoxsa, vəziyyət yaxın gələcəkdə yaxşılığa doğru dəyişə bilərmi?



Vaxt

Biz işə həftədə, ən azı, 40 saat sərf edirik. Sutka isə elastik de-yil, həyat da təkcə evdən ofisə və ofisdən evə olan yoldan ibarət deyil. İş yükünün adekvat olub-olmadığı və özünə vaxt ayıra bilib-bilmədiyin haqqında fikirləş.

Evdən ofisə qədər olan yol uzaqdır? Sənin iş cədvəlin səni qane edirmi? Onu dəyişmək olarmı?

Həftədə, ən azı, bir dəfə dostların və qohumlarınla görüşə bilirsən? Görüşə, sərgilərə və kinoya getməyə vaxt tapırsan?

Fitnes məşqlərinə, masaja, gözəllik salonundakı kosmetoloji prosedurla-ra vaxtında gedə bilirsən? Sonuncu dəfə həkim müayinəsindən nə vaxt keçdiyini xatırlayırsan?



Sosial paket və bonuslar böyük üstünlükdür. Amma bu zaman aylıq gəlirin də sənin ən azı gündəlik tələblərini ödəməlidir. Bir də yaxşı maaş müntəzəm olaraq artan maaşa deyirlər.

Pul



Sosial paket və bonuslar böyük üstünlükdür. Amma bu zaman aylıq gəlirin də sənin ən azı gündəlik tələblərini ödəməlidir. Bir də yaxşı maaş müntəzəm olaraq artan maaşa deyirlər.

Maaşın kommunal, nəqliyyat və qida xərclərinı ödəyirmi?

Hər ay maaşının 10%-ni kənara qoya bilirsənmi?

Gələn ildə gəliri artırmaq perspektivi varmı?



Əgər əksər sualların qarşısında qəmgin "smayl” işarəsi qoymaq istəyirsənsə, kursun dəyişdirilməsi haqqında düşünməyin tam vaxtıdır. Hər şey əksinədirsə, bizim təbriklərimizi qəbul et: sənin işin çoxlarının arzusudur, ürəklə Yeni il şənliyinə yollana bilərsən!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!