Azərbaycanda ərin arvadını hansı halda boşamaq ixtiyarı yoxdur?

Azərbaycanda ərin arvadını hansı halda boşamaq ixtiyarı yoxdur?
İş Qadını - Hüquqlar
10.09.2017 9
"Qadın razı deyilsə, məhkəmə boşanma barədə qərar verməyəcək"

 

Əfsanə adlı qadın boşanma təhlükəsi ilə üzləşib. Ailəsi dağılmaq üzrə olan qadın bildirib ki, artıq üç aylıq hamilə olsa da, əri onunla boşanmaq istəyir: "Bilmək istəyirəm ki, ərin hamilə qadını boşamaq ixtiyarı varmı? Ərin nikahın pozulmasını tələb etmək hüququ hansı halda məhdudlaşdırıla bilər?"



Vəkil İradə Cavadova sualı cavablandırıb:  qanunvericiliyə görə, ər həyat yoldaşını hamilə olan zaman boşaya bilməz. Bu məsələ Ailə Məcəlləsi ilə tənzimlənir. Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra keçən bir il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Bu dövrdə ərin nikahın pozulmasını tələb etmək hüququ məhdudlaşdırılır.



İ.Cavadovanın sözlərinə görə, hamilə olan qadınla boşanmanın baş tutması üçün yalnız qadının razılığı olmalıdır: "Qadın razı deyilsə, məhkəmə boşanma barədə qərar verməyəcək. Hamiləlik vaxtı ər boşanmaqla bağlı iddia qaldıra bilməz. Bu, yalnız uşaq dünyaya gəldikdən bir il sonra mümkündür. Məhkəmə də tərəflərə fikirləşmək üçün zaman verir. Bu müddət başa çatanadək isə xeyli vaxt keçir".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!