Qadınlarla bağlı kişinin üzərinə düşən haqları

Qadınlarla bağlı kişinin üzərinə düşən haqları
İş Qadını - Hüquqlar
10.09.2017 22
Mövzunu
bu yerdən başlayaq ki, İslamda əmanətə xəyanət edilməsi təbii olaraq
bəyənilmir. Hətta əgər əmanət kafir şəxs tərəfindən verilsə belə,
vacibdir ki, onu salamatlıqla sahibinə qaytarasan. Xanımlar da kişilərə
Allah tərəfindən verilən əmanətdir. Beləcə, sıravi bir insanın əmanətinə
xəyanət İslamda belə bəyənilmirsə, Allahın insana verdiyi və haqqında
Qiyamət günü soruşacağı əmanətə xəyanət nə dərəcədə düzgün ola bilər?! 
Hər
bir ailə sahibinin vəzifə borcudur ki, ailəsinə sözün əsl mənasında
sahib çıxsın. Ailədə həyat yoldaşına, əgər qızları varsa, onlara xüsusi
münasibət bəsləsin, onların qeydinə qalsın. Bu barədə Peyğəmbər (s.a.s.)
buyurur: "Sizlərdən ən yaxşısı o şəxsdir ki,öz həyat yoldaşı və öz
qızları ücün yaxşı (xoş rəftar) olsun”.

Bəlli bir məsələdir ki, öz ərinin qulluğunda dayanmaq müsəlman xanım
üçün çox fəzilətli bir işdir. Lakin kişinin də öz xanımına qulluğu
olmalıdır bu barədə ki, xanımın kişi qayğısına ehtiyacı vardır. Bu
barədə Peyğəmbər (s.a.s.) buyurur: "Öz həyat yoldaşına xidmət etmək
böyük gunahların kəffarəsinə səbəb (onların bağışlanmasına ) səbəb olar,
Allahın qəzəbini söndürər... Yaxşı əməllərin çoxalmasına və dərəcəsinin
artmasına səbəb olar”.

Bir xanım Peyğəmbərdən (s.a.s.) soruşdur: "Kişilərin boynundan qadınlar
üçün hansı haqlar vardır?” O Həzrət (s.ə.a.s.) buyurdu ki: "Qardaşım
Cəbrayilin arası kəsilmədən mənə qadınlar barəsində xəbərdarlıq etməsi o
yerə çatardı ki, mən kişinin qadına uf (incidici kəlmə) deməsini belə
caiz olmadığını güman edirdim. O mənə xəbər verdi - Ya Mühəmməd!
Qadınlar barəsində Allahdan qorx (qadılarla bəd rəftarlıq etməkdən
çəkin). Çünki, onlar yaşayış işlərində sizin köməkçiləriniz və Allah
tərəfindən sizə əmanət verilmişlər. Sizin öhdənizdə haqqlər var ki, o
haqqləri yerinə yetirmək sizə vacibdir. Onlarla mehribanlıq edin,
sizinlə yaşamaqları üçün onları şad edin. Onlara ehtinasızlıq etməyin,
onlara qəzəblənməyin. Onlara verdiyiniz şeyləri icazəsiz olaraq onlardan
almayın”.

Xanımla sərt davranmaq (ona əl qaldırmaq, onu təhqir etmək) olmaz! Bu
barədə Peyğəmbər (s.a.s.) buyurur: "Əgər bir şəxsin öz həyat yoldaşına
qarşı sərtliyi o yerə çata ki, o qadın özünü xilas etmək üçün malından
verməyə hazır ola, Allah onun əzabında cəhənnəm odundan başqa bir şeyə
razılıq verməz...”. O Həzrət (s.a.s.) başqa bir hədisdə buyurur: "Mən
Qiyamət günü öz həyat yoldaşını nahaqq yerə vuran şəxsə düşmənəm. Öz
həyat yoldaşlarınızı vurmayın! Öz həyat yoldaşını nahaqdan vuran şəxs
Allahın və onun Rəsulunun əmrinə itaətsizlik etmiş olar”.



Gəlin
xanımlarımızla əsl müsəlman kimi davranaq. Axı onlar bizim
yarımızdır... Və subay adam üçün də yaxşı olar ki, xanım seçimində hər
şeyi ölçsün ki, sonra o xanımı heç bir işə məcbur etməsin, narahatçılıq
yaratmasın. Ümidvaram ki, xanımlar da yuxarıda deyilənləri nəzərə alıb
əks cinsin nümayəndələrini başa düşmək və onu incitməmək, əksinə onu
əzizləmək qüdrətinə malikdir. Allah imanımızı kamil etsin və bu vacib
sahədə elmimizi artırsın...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!