Xarakterin iş həyatına təsiri

Xarakterin iş həyatına təsiri
İş Qadını - Hüquqlar
10.09.2017 36
1-Xolerik- Güclü psixikaya malikdir. Daim hərəkətdə olan proseslərə
çətinlik çəkmədən adaptasiya ola bilirlər. Onlar bir iş sahəsindən
digərinə asanlıqla keçə bilirlər. Möhkəm əsəb sisteminə sahib olduqları
üçün asanlıqla lider ola bilirlər. Lakin bu tip adamlarla işləmək
çətindir. Fəaldılar, yaradıcı və təşəbbüskar işçidilər, bir sözlə işdə
irəli getməyə layiqdirlər, ancaq onları ya maddi ya da ki, mənəvi
cəhətdən maraqlandırmaq lazımdır. Münaqişəni sevir. Rəhbər işdə işləməyə
meylli olurlar. Küsəyəndilər, lakin kin saxlamırlar.

 

2-Sanqviniklər- Güclü tarazlaşmış hərəkətləri olan, məntiqə söykənən
proseslərdə özlərini ifadə etməyə çalışırlar. Fəal şəkildə yaradıcılıqla
məşğul ola bilirlər. Əgər istəsələr qarşılarına çətin məsələ qoyub onu
məntiqlə həll edə bilirlər. İş prosesində çevikdirlər. Maddi və mənəvi
təmin olunduqları vaxt təşəbbüskar olurlar. Eyni zamanda təmkinlidirlər
və yaxşı rəhbər ola bilirlər. Xolerikə nisbətən mərhəmət göstərməkdə
soyuqqanlıdırlar. Üzaqgörən və hiyləgərdirlər.

 

3-Fleqmatik- Əsəb sistemləri nisbətən sabitdir. Ancaq onlar yeni işə
çox gec öyrənirlər. Lakin həmin işi vicdanla başa vururlar. Rəhbər işçi
olanda özlərini sakitcə planlı iş görən kimi aparırlar. Onlar son anda
çıxan problemə və qərarların dəyişməsinə tab gətirməkdə çətinlik
çəkirlər. Yaxşı işçı olurlar. Məsuliyyətlidir lakin tez inciyən və
kinlidirlər. Bəzən paxıllıq edib söz gəzdirirlər.

 

4-Melaxoliklər- Çətin vəzyyətdə özlərindən tez çıxır və çıxış yolu
tapmaqda çətinlik çəkirlər. Könülsüz olaraq qərar qəbul edirlər. Əqli və
fizki gərginlikdən tez yorulurlar. Xəstəliyi və xoşagəlməz xəbəri pis
qəbul edirlər. Yeni şəraitə çətinliklə uyğunlaşırlar. Bu tip insanlarla
əlaqə yaratmaq çətindir. Dostluqda ailədə baş verən peşmançılıqlardan
çox əziyyət çəkir. Bu adamlar ya cəzalanmaq ya da işdən qovulma
təhlükələri ilə üz-üzə olduqları zaman işə  can yadırırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!