Ana olmağa hazırlaşan qadınlar iş həyatında nələrə diqqət etməlidir?

Ana olmağa hazırlaşan qadınlar iş həyatında nələrə diqqət etməlidir?
İş Qadını - Hüquqlar
10.09.2017 31
Çox yorucu və gərgin işi olmayan hamilə qadınlar hamiləliklərinin son
həftələrinə qədər rahatlıqla işləyə bilərlər. Amma iş vaxtları və
forması həkimləri tərəfindən dəyərləndirilməlidir.



Səhər yeməyini mütləq yeyin!

İşləyən
hamilə qadınlar ən sağlıqsız bəslənən qrupa aid olurlar. Bunun səbəbi
də səhər işə gedərkən evdən tez çıxmaq üçün heç nə yeməmək, günorta iş
yerində verilən yeməyi dəyişdirmək imkanının olmaması və həmin yeməyi
yemək əvəzinə doyurucu olmayan şeylərlə mədəni aldatmaq, axşam
yorğun-arğın evə gələndə yenə ev işləriylə məşğul olduğu və yemək
bişirdiyi üçün axşam yeməyini yeməməkdir. Bunu aradan qaldırmaq üçün
səhər daha tez oyanıb səhər yeməyini yemək, günorta yeməyini evdən
gətirmək və axşam da ev işləri və yemək bişirmək üçün evdəkilərdən kömək
istəmək lazımdır.



Siyirmənizdə həmişə qoz və fındıq olsun.

Sağlam
bir hamiləlik müddəti yaşamaq üçün işləyən qadınlar xüsusilə qidalanma
alışqanlıqlarını yenidən nəzərdən keçirməlidirlər. Təməl qida maddələri
olan ət, yumurta, paxlalılar, süd və süd məhsulları, meyvə-tərəvəz,
taxıllardan kifayət qədər istifadə edilməli, şəkər və yağ tarazlığı
qorunmalıdır. Şəkər və yağ miqdarı yüksək olan qidalar bəsləyici
xüsusiyyətləri az və kalorisi çox yüksək olduğu üçün az istifadə
olunmalıdır. Lakin, fındıq və qoz kimi çərəzlər yüksək kalorili olmadığı
üçün və antioksidant təsirinə görə iş yerində həmişə yeyilməlidir.



Gündə iki fincandan artıq çay içməyin.

Hamilə
qadınların günlük kalori ehtiyacı digər qadınlara nisbətən 300 kalori
daha artıqdır . Buna görə də onlar daha yüksək kalorili qidalar yeməyə
üstünlük verməlidirlər. 3 ana və 3 ara yemək olmaqla 6 dəfə
yeyilməlidir. Hamilələr suyu əvvəlkinə nəzərən daha artıq içməlidirlər.
Qəhvə və çayın gündə 2 fincandan artıq içilməməsi daha məsləhətlidir.
Ara yeməklərdə lifli və kəpəkli qidalar həzm sistemi üçün faydalıdır.
Həmçinin ara yeməklərində kök, alma kimi meyvə və tərəvəzlər, təbii
meyvə suları, süd və süd məhsulları, südlü şirniyyatlar da rahatlıqla
istifadə edilə bilər.



Alçaqdaban ayaqqabı geyinin

Ana
olmağa hazırlaşan qadınlar işdə və günlük həyatlarında rahat hərəkət
etmək üçün yüngül və gen paltarlar geyməlidirlər. Xüsusilə də tərləməyi
artıran sintetik parçalar əvəzinə daha sağlam olan pambıq parçalardan
hazırlanmış paltarlar geyinsələr, daha yaxşı olar. Paltar olduğu qədər
ayaqqabı seçimi də bu dövrdə olduqca əhəmiyyətlidir. Dabansız və ya
dikdaban ayaqqabılar bel ağrılarına səbəb ola bilər deyə hamilələrin
rahat olmaları üçün alçaqdaban ayaqqabılar geymək daha məsləhətlidir.



2 saatdan bir 10 dəqiqə fasilə verin

Hamilə
qadınların iş otağının işıqlı və yaxşı havalandırılmış olması çox
mühümdür. Kondisionerin birbaşa üstünə vurmadığı bir yerdə dirsəklərin
90 dərəcə yüksəklikdə dura biləcəyi bir stol və rahat stuldan istifadə
etməlidirlər. Uzun müddət istirahət etmədən işləmək əzələ ağrılarına və
qan dövranı sistemində bəzi problemlərə səbəb ola bilər. Bunun olmaması
üçün, xüsusilə oturaq işlə məşğul olan hamilələrin 2 saatdan bir ayağa
qalxıb ofisin içində gəzməsi və bu zaman sadə qol, ayaq və boyun
hərəkətləri etməsi bu sarıdan faydalıdır.



Avtomobili özünüz idarə etmək əvəzinə işə marşrutla gedin

İşə
avtobus və ya metroyla və yaxud da yoldaşınızın idarə etdiyi
avtomobillə getməyiniz rahatçılığınız və sağlamlığınız üçün daha
məsləhətlidir. Əgər avtomobili özünüz idarə edirsinizsə, təhlükəsizlik
kəməri taxmağa xüsusi diqqət yetirməlisiniz. 32-ci həftədən sonra qısa
məsafələrə getmək xaricində hamilələrin avtomobil idarə etməməsi
lazımdır.



Evdə istirahət edin və idmanla məşğul olun

İşləyən
və günün çox hissəsini ayaq üstdə keçirən hamilə qadınlar evdə
ayaqlarını yuxarı qaldıraraq istirahət etməlidirlər. İşdən sonra evdə
yerimək və ya idman hərəkətləri etməklə qan dövranını yaxşılaşdıra
bilərsiniz. Həftədə 2-3 dəfə üzməyə getmək, hər gün ən az 20 dəqiqə
sürətli addımlarla yerimək ya da idmanla məşğul olmaq özünüzü yaxşı hiss
etməyinizi təmin edəcəkdir. Gecə yatmazdan əvvəl ilıq su ilə yuyunmaq
sizi rahatladacaq və tez yuxuya getməyinizə kömək edəcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!