Qadın və ictimai gender bərabərliyi

Qadın və ictimai gender bərabərliyi
İş Qadını - Hüquqlar
10.09.2017 52
İctimai cinsiyyətdə Bərabərlik (Gender Equality): Fürsətləri istifadə, qaynaqların ayrılması və ictimai xidmətlərdən istifadədə fərdin cinsiyyəti səbəbi ilə ayrı-seçkiliyə məruz qalmaması / ayrı-seçkilik edilməməsidir.

Qadın və İctimai gender bərabərliyi

1. Qadınlara yüklənən ən əhəmiyyətli ictimai rol, analıqdır. Qadınlar ictimai olaraq dəstəklənmədikdə və gücsüz qalanda, analıq rollarını də gərəyi qədər yerinə yetirə bilmirlər.

2. Qadınlar analıqla bərabər evin idarəsindən də məsuldurlar. Ev işləri, edildiyi müddətcə fərqinə varılmayan, ancaq edilmədiyində görülə bilən, bu səbəblə də "görünməz” deyilən işlərdir. Ev işlərinin bir xüsusiyyəti də maddi bir qarşılığının olmaması, "iş” tərifinə daxil olmamağıdır. Ev qadını uşaq sayına və yaşına da bağlı olaraq gündə təqribən 10-12 saat çalışır. Ancaq hər hansı bir ictimai zəmanəti olmadığı kimi, dolanmaq üçün də ərindən asılı olur.

3. Qadınların çoxu iş həyatında olduqca passivdirlər. Qadınlar ictimai olaraq "ev qadınlığı” və "analıq” ın davamı olan funksiyaları yerinə yetirirlər. Onlar ödənişli işə girdiklərində də əsl məsuliyyətlərinin ailələrinə qarşı olduğu düşünülür, bu səbəblə də iş həyatında kişilərlə bərabər qəbul edilmələri də çətinləşir.  Bu səbəblə də ailə məsuliyyətlərinin və analığın bir davamı kimi sayılan aşağıdakı tipli işlərə daha çox meyl edirlər: tibb bacısı, xəstə baxıcılıq, müəllimlik, katibəlik kimi.

4. Qadınlar, ailənin namusu olaraq görülərlər. Onların "hərəkət sahələri” kişilərdən çox daha dardır. Çünki yaxın qohumlar və qonşular xaricindəki fərdlərin onların namusuna zərər verə biləcəyi düşünülür. Bu səbəb də təhsilə və iş həyatına atılmaları, ictimai fəaliyyətlərə qatılmalarına maneə yaradır. Hətta işləsələr belə çox vaxt qatı nəzarət altında tutulurlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!