Qadınlara ailə içi təzyiqin formaları

Qadınlara ailə içi təzyiqin formaları
İş Qadını - Hüquqlar
10.09.2017 11
Təzyiq: Şiddət, güc və təzyiq tətbiq insanların fiziki və ruhi baxımdan zərər görməsinə səbəb olan fərdi və ya toplu hərəkətlərin bütünüdür. Ailə içi şiddət bir adamın yoldaşına, uşaqlarına, ana atasına, qardaşlarına və / və ya yaxın qohumlarına qarşı tətbiq etdiyi hər cür təcavüzkar davranışdır. Bu tanıma yalnız kobud qüvvət ehtiva edən davranışlar deyil, alçaltmaq, təhdid etmək, iqtisadi azadlığını məhdudlaşdırmaq və zorla evləndirmək kimi şiddət görən adamın özünə olan hörmətini, özünə və ətrafına olan etibarını azaldan, qorxu duymasına səbəb olan bir çox davranış da aiddir. Şiddətə yalnız eyni evdə oturan kəslər deyil, köhnə həyat yoldaşı, qadın və ya kişi həyat yoldaş ya da nişanlı da məruz qala bilər.

Şiddət növlərini aşağıdakı kimi sıralaya bilərik;

Fiziki zorakılıq: itmələmək, yumruq atmaq, şıllaq, tüpürmək, yumruqlama, qol – qıç qırmaq, saçından sürümək, əsas ehtiyacları (su, yemək, yuxu, ayaqyolu kimi) əsirgəmək, lazım olduğu halda tibbi müalicə almasını maneə törətmək, silahla yaralamaq, öldürmək kimi hərəkətlər daxildir.

Psixoloji: Davamlı tənqid etmək, alçaltmaq, küfr etmək, təhdid etmək, qərarlara iştirakını əngəlləmək, davamlı sorğu-suala çəkmək, tez-tez qışqırmaq, alçaldıcı adla çağırmaq, tez-tez lağ etmək, dini və ya etnik şəxsiyyətinə istiqamətli təhqir etmək, fikirlərini və işlərini kiçik hesab etmək və s.

İctimai əlaqələri məhdudlaşdırmaq: Ailəsi, dostları / qonşuları ilə görüşməsini qadağan etmək, evdən çölə çıxmasını qadağan etmək, getdiyi hər yerə təqib etmək, başqalarının qarşısında alçaltmaq və lağ etmək, başqalarının qarşısında tez-tez sözünü kəsmək, xüsusi həyat və məhrəmiyyət haqqı tanımamaq, zorla evləndirmək, namus və etik səbəbi ilə təzyiq tətbiq etmək.

Cinsi zorakılıq: İstəmədiyi cinsi əlaqəyə məcbur etmək, təcavüz, başqa kəslərlə cinsi əlaqəyə məcbur etmək, cinsi olaraq adamı qorxudan və qıran davranışlar, davamlı qadınlığını alçaltmaq, telefonla / məktubla və ya şifahi olaraq davamlı cinsi məzmunlu təzyiqdə olmaq, cinsi orqanlara zərər vermək, namus və adət səbəbi ilə təzyiq tətbiq etmək və öldürmək.

İqtisadi Şiddət: İstədiyi halda çalışdırmamaq, işə yollamamaq, zorla istəmədiyi bir işdə işlətmək, və ya zorla işlətmək, pulunu almaq və geri verməmək, əlinə heç pul verməmək.

 

Sizlər də bu kimi təzyiqlərə məruz qalırsınızsa mütləq şəkildə lazimi orqanlara müraciət etməlisiniz. Unutmayın, kim olur olsun sizə təzyiq göstərməyə hüququ çatmır. Bu hətta həyat yoldaşınız olsa belə. Hüquqlarınızı bilin ki, gələcək nəsilə bilikli və ədalətli övladlar yetişdirəsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!